“Polis heç bir zaman imkan verməyəcək...”
30-03-2011, 19:00
Oxunub: 6 909

Daxili İşlər Nazirliyindən müxalifətə ciddi xəbərdarlıq
“Azərbaycan hüquqi və demokratik dövlətdir. Vətəndaşların sərbəst toplaşmaq hüququ var. Ona görə də ictimai asayişin mühafizəsini təmin edən polis siyasi, dini və əqidə baxışlarından asılı olmayaraq, hər bir vətəndaşın , toplumun, siyasi partiyanın qanun çərçivəsində etdikləri bütün hərəkətlərə hörmətlə yanaşır”. Bunu Bolgexeber.com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov müxalifətin aprelin 2-nə təyin etdiyin mitinqlə bağlı deyib.
O bildirib ki, aksiya razılaşdırılmış şəkildə keçirilərsə, polis kütləvi aksiya keçirənlərin təhlükəsizliklərini də təmin edəcək: “Mitinq, yürüş, aksiya keçirmək dövlət tərəfindən vətəndaşa verilmiş hüquqdur. Polisin tələbi yalnız ondan ibarətdir ki, nə edirsən et, qanuna riayət etməlisən, qanundan kənara çıxma, başqalarının hüququnu pozma. Aprelin 2-nə mitinq təyin edənlər də bu deyilənlərə riayət etməlidirlər. Mövcud qanunlarımıza uyğun olaraq paytaxtımızda mitinq, digər kütləvi aksiyalar keçirmək üçün yerlər müəyyən edilib. Bu barədə mitinq təşkilatçılarına dəfələrlə məlumatlar verilib. Əgər aprelin 2-də keçirilən mitinq şəhər icra hakimiyyəti ilə razılaşdırılarsa, onlara təklif olunan yerdə keçirilərsə, bu halda polis nəinki onlara maneçilik törədəcək, əksinə onların təhlükəsizliyini təmin edəcək. Əgər razılıq verilmədən keçə yürüşü və yaxud hansısa aksiya keçirməyə cəhd edilərsə, bu halda polis belə hərəkətlərin qarşısını qətiyyətlə alacaq. Bu, həm dövlətimizin, qanunlarımızın, xalqımızın tələbidir. Polis heç bir zaman imkan verməyəcək ki, kimlərinsə əlində alətə çevrilmiş bir qrup insan Azərbaycan vətəndaşının hüquqlarına hörmətsizlik göstərib, onun təhlükəsizliyinə xələl gətirsin”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər