BolgeXeber.Com » Müsahibə-Reportaj » Berezovskinin son müsahibəsi

Berezovskinin son müsahibəsi

24-03-2013, 10:50
Oxunub: 4 240 "Həyatım mənasını itirib"

Forbes-in müxbiri şənbə günü dünyasını dəyişmiş rusiyalı oliqarx Boris Berezovskinin ölümündən bir neçə saat əvvəl onunla görüşüb. Söhbətin mətbuata çıxarılması planlaşdırılmırmış. Müxbir bununla bağlı oliqarxa söz verib. Lakin hadisələrin bu cür inkişafı müsahibənin mətbuata çıxmasına səbəb olub. Söhbət zamanı artıq biznes mövzusunun onun üçün maraqsız olduğunu deyən Berezovski Rusiyada olduğu müddətdə də biznesini özü idarə etmədiyini, bu işi Badri Patarkatsişviliyə həvalə etdiyini deyib. İnsanları tanımaqda çox səhvlər etdiyini bildirən oliqarx biznes ortağını tanımaqda da səhv etdiyini etiraf edib:
- Mən heç vaxt insanları yaxşı tanıya bilməmişəm. Həmişə onların ağlını, cəsarətini qiymətləndirmişəm, ancaq Badri ilə bağlı məsələdə də yanılmışam.
- Axı o Sizin ən yaxış dostlarınızdan biri idi…
- Mən indi də onu dost kimi dəyərləndirirəm. Ancaq nə onunla, nə də Abramoviçlə razılaşmaları rəsmiləşdirməyin qayğısına qalmamışam.
- Rusiya üçün darıxırsınız?
- Rusiyaya qayıtmaq... Bundan artıq heç nə istəmirəm. Hətta cinayət işi açılanda da Rusiyaya qayıtmaq istəyirdim. Yalnız Yelena Bonnerin məsləhəti ilə qaldım. Rusiyanın mənə bu qədər əziz olduğunu lazımınca dəyərləndirməmişəm. Mən mühacir ola bilmirəm. Rusiyanın demokratikləşməsini idealistcəsinə təsəvvür edirdim. Qərbin dəyərini şişirtmişdim. Bütün bunlar tədricən baş verib. Rusiyanın yolu barədə təsəvvürlərimi dəyişmişəm… Rusiyadan getməməliydim.
- Əgər Rusiyada qaysaydınız, indi həbsdə olacaqdınız. Bunu istəyirsiniz?
- İndi Londonda yaşadığım illərə nəzər salanda… Bu suala cavabım yoxdu. Xodorkovski… özünü qorudu. Ancaq bu o demək deyil ki, mən özümü itirmişəm. Ancaq mən xeyli məyusluq yaşamışam. Xodorkovski xeyli az. Mən… mənanı itirmişəm.
- Həyatın mənasını?
- Həyatın mənasını. Siyasətlə məşğul olmaq istəmirəm.
- Bəs neynəmək olar?
- Bilmirəm neynəyim. Məni 67 yaşım var. Bundan sonra nə edəcəyimi bilmirəm.
Vaxtilə Rusiyanın qüdrətli iş adamı və siyasətçisi söhbətin sonunda vaxtilə məşğul olduğu elmə qayıtmaq istədiyini deyir. Axı o nə vaxtsa Rusiya Elmlər Akademiyasının həqiqi üzvü olub. Ancaq həmsöhbəti onunla elmdən danışmaq istəyəndə belə bir istəyinin olmadığını deyib. Görünür oliqarx nə vaxtsa vətənə qayıdacağına inanmırdı.