Memar: Quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır
29-04-2019, 10:30
Oxunub: 6 112
Tarixi abidələrin ətrafında aparılan müasir memarlıq işləri yüksək keyfiyyətlə həyata keçirilməlidir
Bunu Trend-ə memarlıq üzrə elmlər doktoru, professor Elçin Əliyev deyib.
Memarın sözlərinə görə, tarixi divarların qarşısında hansısa müasir memarlıq nümunəsi tikilə bilər, lakin bu, həmin abidəyə xələl gətirməməlidir: “Müasir memarlığın Bakıda tətbiqi yaxşı haldır, amma bu üslub standartlara uyğun olmalıdır”.
E.Əliyev qeyd edib ki, İçərişəhərdə tikilən müasir iaşə obyektləri ilə bağlı problem məlumatsızlıqdan qaynaqlanır: “Əslində hər hansı şəhərdə müvafiq iş gedərkən tikintinin qarşısında lövhə quraşdırılmalıdır. Bu lövhədə layihənin hansı məqsəd daşıdığı, müəllifin kim olduğu və tikintinin yekun görüntüsü yer almalıdır”.
Memar bildirib ki, quraşdırılan hər hansı konstruksiyalar Qala divarlarından hündür olmamalıdır:
“Qala divarları İçərişəhərin ən önəmli rəmzidir. Turistlər xüsusilə bu qədim divarları görməyə gəlirlər. Divarları turistlərdən və sakinlərdən gizlətmək olmaz. Bildiyimiz kimi, yaxın keçmişdə metronun “İçərişəhər” stansiyasının sovet dövründə tikilmiş girişi söküldü. Çünki bu tikili tarixi Qala divarlarını qarşısını bağlayırdı”.
Xatırladaq ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva aprelin 26-da İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq, həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb.
Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planı”na və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər