Təhsil haqqını şirkət ödəsin, sonra işlə qaytar... – Bəs biz?
1-06-2019, 12:31
Oxunub: 6 189
Bəzi inkişaf etmiş ölkələrdə ödənişli ali təhsil alan gənclərin təhsil haqqını ya dövlət ya da özəl şirkətlər qarşılayır
Amma bu şərtlə ki, həmin tələbə ali məktəbi bitirdikdən sonra işləyib onun təhsili üçün ödənilən pulları geri qaytarsın.
Müqaviləyə əsasən universiteti bitirən tələbə öhdəliyi üzərinə götürmüş şirkətdə və ya dövlət işində çalışaraq həmin borcu hissə-hissə geri ödəmiş olur.
Bəs bu qaydanın Azərbaycanda tətbiqi mümkündürmü?
Təhsil eksperti Kamran Əsədov Modern.az-a deyib ki, hər bir ölkənin iqtisadiyyatı, xidmət sektoru, sosial-sənaye sektoru perspektivli kadrların hesabına yüksək şəkildə inkişaf edir və formalaşır.
“Azərbaycan SSRİ müstəmləkəçiliyindən yeni çıxdığı üçün hələ də əmək bazarının tələbinə cavab edən kadr hazırlığı həyata keçirə bilmir. Yəni bu gün Azərbaycanın ali təhsil müəssisələri ilə əmək bazarı qarşılıqlı əlaqədə işləmirlər. Bizdə yetəri qədər şirkətlər yoxdur ki, onlar özlərinə lazım olan işçiləri sifariş verə bilsinlər. Avropa, Amerika, hətta qardaş Türkiyədə bəzi ixtisaslar var ki, illik ödəniş haqqı kifayət qədər yüksəkdir.
Məsələn, Azərbaycan Təhsil Nazirliyi yeni qərar qəbul etdi. Olimpiada qaliblərinin ali təhsil müəssisələrinə pulsuz, imtahansız qəbulu ilə bağlı olan bu qərar fikrimcə çox gözəl qərardır. Belə ki, Azərbaycanın iri vəsait ayrılmış SOCAR kimi şirkətləri artıq həmin tələbələri müəyyənləşdirir və onları özlərinin kadrı kimi yetişdirmək üçün sərmayə qoyurlar. Xaricdə bu, belədir”.
Kamran Əsədov qeyd edir ki, Azərbaycanda sifarişçi dövlətdir.
“Lakin dövlətin onu hara sifariş etdiyini biz bilmirik. Məsələn, bu il 600-700 bal toplayan tələbə dövlət sifarişi ilə təhsil alır. Lakin dövlətin əmək bazarı ilə əlaqə qurmaması bizdə ən pik nöqtədədir. Yəni universitetə qəbul olan tələbə öncədən harada, hansı şirkət üçün kadr olacağını bilmir”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər