BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, qafqazlılar daha yaxşıdır – VİDEO

Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, qafqazlılar daha yaxşıdır – VİDEO

9-09-2019, 16:14
Oxunub: 6 126 Azərbaycanlı model: Amerikalı oğlanları sevmirəm, qafqazlılar daha yaxşıdır – VİDEOSevdiyim oğlanla münasibətimiz üç il davam etdi, sonra ayrılmağa qərar verdik. Bu münasibət həyatımdakı ən uzun eşq romanı oldu.

İndi Amerikada yaşayıram və açıq deyim ki, amerikalı oğlanları heç sevmirəm. Cəsarətli, həssas deyillər və yalnız bir gecə və ya bir gün münasibət istəyirlər. Mən isə ciddi münasibətlərin tərəfdarıyam.
Bolgexeber.com oxu.az-a istinadla xəbər verir ki, bu sözləri Ruslana Gee kimi tanınan model və bloger Ruslana Cavadova Rusiyanın “15-dən birini seç” realiti şousunda deyib.

Model bir bəylə yaşanacaq məhəbbətin dostluqdan sevgi münasibətlərinə çevrilməsini istəyir. Onun üçün münasibətdə önəmli məqam isə qarşılıqlı hörmət və incə davranışdı.

Cavadova əlavə edib ki, amerikalılarla deyil, ruslarla və ya qafqazlılarla münasibətlər qurmaq istəyir.

Qeyd edək ki, cazibədar model Ruslana Bakıda anadan olub. Erkən uşaqlıqdan, hələ məktəbdə olarkən moda və gözəllik sahələrinə maraq göstərib.

2016-cı ildə Fransa, Ukrayna və Azərbaycanda məşhur moda jurnalı tərəfindən keçirilən illik “L’Officiel” mükafatlarında iki kateqoriyaya – “Ən yaxşı Model” və “Ən yaxşı Moda Bloger” mükafatlarına layiq görülüb.

Cavadova həm də zərgərlik dizayner işi ilə məşğul olur. İstanbulda oxuyan Ruslana daha sonra təhsilini Los Ancelesdə davam etdirmək üçün okeanın o tayına köçüb.

Hazırda Ruslana Gee Amerikada yaşayır və blogerlik fəaliyyətini uğurla davam etdirir.