Çində təhsil alan azərbaycanlı tələbə: "Maska çatışmır, 6 dənəsi 170 manatdır" - FOTO
29-01-2020, 16:09
Oxunub: 11 820
Birinci semestr bitdikdən sonra qış tətili üçün yanvar ayının 15-i Bakıya gəlmişik. Bura gələndə Çində hər şey qaydasında idi
Virus barədə xəbərləri görürdük, amma vəziyyət bu dərəcədə ciddi deyildi. Hələ karantin elan olunmamışdı, hər kəs maskasız gəzirdi
Buna görə də rahat şəkildə Bakıya gəldik.
Bu sözləri Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan tələbə Ülkər Eldarqızı Milli.Az-ın müxbiri ilə Çində yayılan yeni növ koronavirusun onun təhsilinə təsiri barəsində danışarkən söyləyib.
"USTC-nın 2-ci kurs tələbəsiyəm. Yaşadığım yer virusun yayıldığı Vuhan şəhərindən xeyli uzaqdır. Mən bura gələndən bir-iki gün sonra Çində vəziyyət xeyli dəyişdi. Həm burada xəbərlərdə gördüm, həm də oradakı tanışlardan virusun ciddi problemlər yaratdığını eşitdim.
Biz fevral ayının 15-i universitetə qayıtmalıydıq. Amma universitetdən mesaj yazıb yaz semestrinin başlama vaxtının bir müddətlik təxirə salındığını bildiriblər. Yeni dərs rübünün başlama tarixi epidemiyanın gedişatından asılı olaraq təyin olunacaq. Bu vaxta qədər universitetə gəlməməyimiz tövsiyə edilib.
Mənim bir neçə qrup yoldaşım var ki, onlar tətil üçün öz ölkələrinə qayıtmayıblar. Hazırda onlar yataqxanada qalırlar. Onlara evdən çıxmamaq məsləhət görülür, çünki aeroport, metrostansiyalar, alış-veriş mərkəzləri və başqa yerlərdə virusa yoluxma riski yüksəkdir.
Mən özüm Çinə qayıtmaq istəyirəm. Qorxmuram. Qısa zamanda problemin həll olunacağına və hər şeyin qaydasına düşəcəyinə ümidliyəm.
Gündəlik olaraq orada yaşayan qrup yoldaşlarımla əlaqə saxlayıram. Çox da narahat deyillər. Hefey şəhərində də 20 nəfərdə bu xəstəlik tapılıb. Evdə qaldığın müddətdə bu xəstəliyə yoluxma ehtimalı yoxdur. Bütün restoranlar, kafelər, alış-veriş mərkəzləri bağlanıb. Evdə tək qalıb, hər hansı məşğuliyyət olmadığı üçün, əsasən, darıxırlar. Həm də bir-biri ilə görüşməyə də ehtiyat edirlər ki, kimsə daşıyıcı ola bilər.
Apteklərdə maska tapılmır. N95 maskasının qiyməti olduqca bahadır. O gün tanışım 6 ədəd maskanı 170 manata alıb. Normalda həmin maska 5 manata satılırdı.
Ailə üzvlərim, təbii olaraq, mənə görə çox narahatdırlar. Vaxtında qayıtdığım üçün sevinirlər. Təhlükəli olduğuna görə yenidən Çinə getməyimi istəmirlər. Bütün qohumlar, dost-tanışlar, qonşular valideynlərimə zəng edib mənim gəlib-gəlmədiyimi soruşurlar. Onlar anamı tənbehləyirlər ki, məni qayıtmağa qoymasın".
Qeyd edək ki, son günlər yayılan koronavirus səbəbindən ölənlərin sayı 132-yə çatıb. Xəstəliyə 5974-dən çox insan yoluxub.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər