BolgeXeber.Com » Müsahibə-Reportaj » “Məsuliyyətsizlik davam etsə, ölüm halları hər bir ailəyə çatacaq” - Deputat

“Məsuliyyətsizlik davam etsə, ölüm halları hər bir ailəyə çatacaq” - Deputat

25-06-2020, 17:29
Oxunub: 5 291 Xəbər verdiyimiz kimi, ölkə prezidenti dünən Gəncə şəhərinə səfəri zamanı maskadan istifadə etməyənlərə iradını bildirərək, bu hal davam edərsə cərimələrin artırılacağını bildirib. Prezident eyni zamanda bu məsələdə ictimai qınağın önəmindən danışıb.

Bəs ölkədə sərt karantin qaydalarının tətbiq olunmasına baxmayaraq koronavirusa yoluxanların sayının artması və bəzi vətəndaşlarını hələ də sosial izolyasiya tədbirlərinə riayət etməməsinin səbəbi nədir?
 
AZXEBER.COM bu sualla Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalıya müraciət edib. 

Deputat deyib ki, ölkədə vəziyyət kritikdir:
 
"Ölkədə vəziyyət olduqca kritikdir. Yoluxan və ölənlərin sayı durmadan artır. Sağalanların sayında isə azalma müşahidə olunur. Bununla yanaşı yoluxma ehtimalı olanların da sayı kifayət qədərdir. Dövlət özündən asılı olan bütün tədbirləri həyata keçirsə də bir sıra vətəndaşlar Operativ Qərargahın tələblərini və qərarlarını yerinə yetirməyib, biganə yanaşırlar. 
 
Təsadüfi deyil ki, ölkə prezidenti dəfələrlə  vətəndaşları məsuliyyətli olmağa çağırsa da, insanlar nədənsə bu çağırışlara əməl etmir. Bununla yanaşı TƏBİB və Operativ Qərargahın tətbiq etdiyi 3 sadə qaydaya - maskadan istifadə, sosial məsafə və gigiyenik qaydalara əməl etmirlər ki, bu da cox pis nəticələnir. 
 
Deputat deyib ki, məsuliyyətsizlik davam edərsə, yoluxma və ölü sayı daha da artacaq:

"Məhz belə məsuliyyətsizliyə görə də çox sayda insan bu virusa yoluxacaq və ölənlərin sayı artacaq. Ölüm halları hər bir ailəyə çatacaq. Hər kəs  dərk etməlidir ki, bütün dünyaya qarşı olan görünməz müharibəyə qalib gəlmək üçün qaydalara əməl etməliyik. Küçədə, parkda, marketdə maska taxmayan insan gördükdə bu iradı ona bildirib, onu utandırmaq lazımdır. İctimai tənbeh ilə insanları ictimai məsuliyyətə cəlb etməliyik.

Əgər bütün bunlar olmazsa karantin rejiminin şərtləri daha da sərtləşdirilməlidir, Prezidentin də bildirdiyi kimi cərimələr artırılmalıdır. 

Hətta gələcəkdə fövqaladə vəziyyət və ya komedant saatı da tətbiq edilə bilər. Bütün bunların olmaması üçün qaydalara əməl etmək lazımdır".