“Vətəndaşların hamısı ailəvi rayonlara buraxılsın”- Fazil Mustafa
28-07-2020, 10:38
Oxunub: 1 224
“Yoluxma sayı ötən gün qalxdı və bundan sonra düşünürəm ki, qalxacaq. Arxayınlaşmaq olmaz. Mən təklif edərdim ki, vətəndaşların hamısı öhdəlik və ailə tərkibi ilə rayonlara buraxılsın. ”
Bu sözləri Sonxeber.az-a açıqlamasında deputat Fazil Mustafa deyib:
“Hesab edirəm ki, vətəndaşların ailə tərkibinə görə 20 gün rayona gedilməsi mümkün ola bilər. İnsanlara rayona gedib şəhərin boşalması üçün minumum 15 gün icazə verilə bilər. Həm insanlar rayonlara gedib istirahət edər, həm də həmin yerdə təcrid olunmağa öhdəlik götürərlər. Rayonlarda evi olan, istirahətə getmək istəyən ailəli insanlar var. Belə ki, bu şəxslər ailə tərkibini göstərməklə təcrid olunub, öhdəlik götürüb istirahətə gedə bilər, götürdüyü öhdəliyə əməl etmədiyi halda isə müvafiq orqanlar tərəfindən cəzalandırıla bilərlər. Cəzalar isə öhdəlik götürüb rayona 50 nəfərlik məclis təşkil edərək qaydaları pozan insanlara aid olar.
Təcrid olunan ailələlər yalnız təyin olunan müddətdən sonra geri qayıda bilər. Bunu tətbiq etsək, xeyli adam istirahət edər, həm də yoluxma riski azalar və ən əsası da inasanlar öhdəliklərinin olduğunu başa düşərlər”.
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər