Adil Qeybulla: “Yaxşı olardı ki, bəzi çimərliklər insanları tək-tək qəbul etsin”
5-08-2020, 12:09
Oxunub: 7 652
“Yaxşı olardı ki, bəzi çimərliklər insanları ailəvi, bəziləri isə tək-tək qəbul etsin”.
Bunu professor Adil Qeybulla deyib.
Professor qeyd edib ki, istənilən halda çimərliklər müəyyən təlimatlar əsasında fəaliyyət göstərməlidir: “Bilirik ki, çimərliklərin əksəriyyəti özəldir. Təlimatların başlıca göstəricisi ondan ibarət olmalıdır ki, çimərliklər insanları öz sahəsinə uyğun qəbul etsinlər. Bu məsələ sosial məsafənin gözlənilməsi baxımından aktualdır. Çünki insanlar dənizə girib çıxır, sahildə otururlar.
Məlumdur ki, insanlar dənizə ya ailəvi, ya da tək gedir. Bundan asılı olaraq bəzi müəyyənləşmələr aparılmalıdır. Yaxşı olardı ki, istirahətə gələnləri bəzi çimərliklər yalnız ailəvi, bəziləri isə tək-tək qəbul etsin. Çünki çimərliyin sahəsindən asılı olaraq insanlar sosial məsafəni gözləməlidirlər. Buna əsas prinsip kimi riayət olunmalıdır.
Çimərliklərdə dezinfeksiyaedici məhlullardan istifadə də yaxşı olardı. Açıq havada oturan və ya uzanan halda mümkün qədər bir-birilə məsafə saxlamaq məqsədəuyğundur. Çimərliklərdə xüsusi təhlükə yoxdur”.
Adil Qeybulla hesab edir ki, insanların çimərliyə necə gedəcəyi nəzərə alınmayıb: “Həftəsonu ictimai nəqliyyatın hərəkəti qadağan olunub, çox adamın da şəxsi avtomobili yoxdur. Buna görə çimərliklərə gediş-gəliş məsələsi nəzərə alınmalı idi.
İnsanların çoxu günəmuzd işləyir. Onlar adi günlərdə nəyləsə məşğul olurlar, amma sonra?! Həftəsonu çimərliyə necə getsinlər?! Məlumdur ki, çimərliyə piyada getmək mümkün deyil. Bu baxımdan bəzi nüanslar diqqətdən qaçıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər