Baş infeksionist: "Satışda olan kosmetik vasitələr virus daşıyıcısı ola bilər"
21-08-2020, 14:00
Oxunub: 2 768
Göz karandaşı və dodaq boyası kimi kosmetik vasitələr yeni növ koronavirusun yayılmasına səbəb ola bilər.
Bu barədə Türkiyənin Hacettepe Universitetinin Tibb fakültəsinin professoru Mehmed Ceyhan yerli mətbuata açıqlamasında deyib. Professorun fikrincə, bu risk xüsusilə qadın gözəllik salonlarında daha yüksəkdir.
Türkiyədə olduğu kimi Azərbaycanda da gözəllik salonları və qadın kosmetika mağazaları karantin rejiminin müəyyən mərhələlərində fəaliyyət göstərən sahələrdən olub.
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Trend-ə açıqlamasında qeyd edib ki, ölkəmizdə də bu sahə koronavirusun yayılmasında əsəs mənbələrdən ola bilər:
"Gözəllik salonlarında hər müştəridən sonra mütləq şəkildə onun oturduğu yer dezinfeksiya olunmalıdır, mərkəzlərdə kosmetik vasitələr sterilizə edilməlidir. Ümumiyyətlə, vaxtaşırı həmin obyektlərə nəzarət olunmalıdır ki, orada yalnız xidmət göstərilən müştərilər olsun, başqa kənar adamlar məkana daxil olmasın. Bu kimi nəzarətlər vacibdir. Gözəllik salonları yoluxma nöqteyi-nəzərdən riskli sahə hesab olunur".
C.İsayev qadın kosmetika mağazalarında test üçün nəzərdə tutulan əşyalardan istifadə etməməyi tövsiyə edib. Belə ki həmin əşyalar virus daşıyıcısı ola bilər: "Bu cür əşyalar əldən-ələ keçirsə, demək, virus daşıyıcısı ola bilər".
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 2-02-2021, 22:06 : İşğaldan azad edilmiş ərazilərdə görülən bərpa işləri dövlətimizin başçısının nəzarətindədir
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm