Karantin qaydaları yenə sərtləşəcək? - Baş infeksionistdən cavab
17-09-2020, 15:42
Oxunub: 6 848
Noyabr ayında koronavirusa yoluxanların sayının artması gözləniləndir.
Bolgexeber.com xəbər verir ki, bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, buna səbəb növbəti aylarda respirator virus infeksiyalarının baş vermə hallarının artması olacaq:
"Sözügedən infeksiyaların artması koronavirusun da yayılmasına gətirib çıxara bilər. İki virusun yanaşı olması isə xəstəliyin daha ağır gedişlə müşahidə edilməsinə səbəb olacaq”.
"Karantin qaydaları sərtləşə bilərmi?” sualına isə C.İsayev belə cavab verib:
"Yoluxma sayının çoxalması və ya azalması birbaşa insanlarla əlaqədardır. İstərsə ən sərt, istərsə də hazırkı yumşalmalarla olan karantin tədbirlərində insanlar diqqətli olmasalar, nəticə dəyişməyəcək. Biz karantin tədbirlərinə maksimum riayət etməliyik. Maskaların taxılması, sosial məsafələrin gözlənilməsi, sıx yerlərdə toplaşmağın qarşısının alınması, əllərin tez-tez yuyulması və s. tədbirlərə əməl etsək, yoluxma sayı çox az olacaq. Bunlara əməl etməsək, ən sərt karantin rejiminin belə faydası olmayacaq.
İnsanlardan bir daha xahiş edirəm ki, karantin tələblərinə riayət etsinlər. Özlərini və ətraflarını qorusunlar ki, həyatımız normal hala qayıtsın”.
Çox Oxunanlar
- 31-05-2025, 17:55 : Braziliyalı futbolçu yeni kluba keçir
İdman / Xəbərlər
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 31-05-2025, 11:51 : Məşhur müğənni qəzaya düşüb
Şou-Biznes / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər