“Yoluxanların 82 faizi bu xəstəliyi yüngül keçirirlər”-TƏBİB
2-12-2020, 15:55
Oxunub: 1 352
Ölkəmizdə pandemiyanın 41-ci həftəsini yaşamaqdayıq. 40 həftə ərzində 129 min 544 yoluxma faktı qeydə alınıb.
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü Nəzrin Mustafayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
" Koronavirus səbəbilə ağırlaşmalar xroniki xəstəlikləri olan şəxslərdə daha çox qeydə alınır. Ürək-damar, hipertoniya, xərçəng xəstələrində bu hallar müşahidə olunur".
İnfeksionist bildirib ki, son günlərin statistikası əhali arasında panikaya səbəb olub: "Yoluxan şəxslərin 82 faizi bu xəstəliyi yüngül keçirir və onlar bu səbəblə evdə müalicə oluna bilərlər. Lakin bu şəxslər xəstəxanalara müraciət edir, həkim nəzarəti olmadan dərmandan istifadə edirlər. Vəziyyətləri ağırlaşdığı zaman isə xəstəxanaya gəlib, işi çətinləşdirmiş olurlar".
O qeyd edib ki, test nəticələri pozitiv çıxanlar və onların ailə üzvləri sosial izolyasiya qaydalarına biganə yanaşırlar: "Bu şəxsləri karantin qaydalarına ciddi riayət etməyə çağırıram. Təəssüf ki, xəstəliyin peyvəndi hələ təsdiqlənməyib. Bu səbəblə sosial məsafəni gözləməli, gigiyena qaydalarına riayət etməli, məcbur olmadıqda kütləvi yerlərdən uzaq qalmaq vacibdir. Yoluxma sayının ciddi şəkildə artıdığı dönəmdə əhalinin dəstəyinə ehtiyac var".
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər