“...Dərmanların qiymətini bahalaşdırırlar” - Professor da təsdiqlədi
17-12-2020, 10:02
Oxunub: 5 684
Ölkədə koronavirus infeksiyasına yoluxanların və dünyasını dəyişənlərin sayı günbəgün artır. Məsələn elə bu gün 4077 yeni yoluxma faktı qeydə alınıb, 3854 nəfər müalicə olunaraq sağalıb, evə buraxılıb, 43 nəfər isə vəfat edib. Bu səbəbdəndir ki, dekabrın 14-dən etibarən karantin rejiminin qaydaları sərtləşdirilib.
Əksər virusa yoluxan xəstə isə evdən müalicəsini davam etdirir. Əlbəttə, müalicə hava və su ilə alınan iş deyil. Onların sağalması, xəstəliyin öhdəsindən gəlməsi üçün müəyyən dərmanlar lazımdır.
Lakin həm Bakı şəhərində, həm də rayonlarda virusun müalicəsi üçün əhəmiyyətli olan preparatlar tapılmır. Ya apteklərdə dərman yoxdur, ya da xəstənin onu olmağa pulu.
Hələ mövcud durumdan faydalanıb dərman qiymətlərini bahalaşdıranlar da az deyil. Bəs, bu bəxti qara xəstə neyləsin? Dünyanı cənginə alan, minlərlə insanın ölümə səbəb olan pandemiyanın öhdəsindən necə gəlsin? Bəlkə düşünürsünüz ki, bizim koronaviruslu xəstələr dünya elminin bacara bilmədiyi infeksiyanı zoğallı çayla, xalq təbabəti ilə yox edəcəklər?!
Suallarımıza cavab tapmaq məqsədilə tibb elmləri doktoru, professor Adil Qeybulla ilə əlaqə saxladıq. Mövzu ilə bağlı "Sherg.az"a danışan ekspert deyib ki, ölkədə dərman qıtlığının yaşanmasında vətəndaşıların da günahı var:
"Camaat özünü qorumayanda, yoluxanların sayı çoxalanda dərman da həkim də, xəstəxana da çatmayacaq. Ona görə hər zaman deyilirdi ki, karantin rejiminə, izolyasiya və gigiyena qaydalarına riayət edin.
Bunların heç birinə əməl olunmadı. İndi də nəticələrini yaşayırıq. Dünyanın hər yerində bu problem yaranıb.
İtaliyada və başqa ölkələrdə də şahidi olduq. Bu vəziyyətdən istifadə edib dərmanın qiymətini artıranlar da var.
Hesab edirəm ki, mövcud durumun yaranmasında qaydalara əməl etməyən insanlar da təqsirlidir".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər