BolgeXeber.Com » Müsahibə-Reportaj » Amin Musayev əsirlikdə başına gələnlərdən danışdı -VİDEO

Amin Musayev əsirlikdə başına gələnlərdən danışdı -VİDEO

4-01-2021, 14:00
Oxunub: 4 985 Ötən il sentyabrın 29-u səfərbərlikdən çağırıldım. Əvvəlcə Gəncəyə getdik, oradan isə Füzuliyə yollandıq. Füzuildən Şuşaya keçdik. Sonuncu dəfə isə Xankəndi istiqamətində getdik.

“MediaPost” xəbər verir ki, bu sözləri Vətən Müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev deyib. O, açıqlamasında necə əsir düşməsindən danışıb:

“Döyüşdə pulemiyotçu əsgər idim. Axşam vaxtı idi, yolla hərəkət edirdik. Bizim bölüyün əsgərləri pusquya düşdük. Pusqu deyəndə təxmini 15 nəfərlik erməni qruplaşmalar var idi. Biz irəliləyəndə onlar atəş açmağa başladılar. Onları cavab atəşi ilə susdurduq. 15 erməni əsgərdən heç biri sağ qalmadı. Səhəri gün Xankəndi istiqamətində hərəkətə keçdik. Böyük döyüşə Xankəndidə başladıq.Onlar təpənin başında idi. Atışma başladı. Döyüşdə şəhid və yaralılarımız var idi.

Biz paralel şəkildə ayrılmışdıq, onları mühasirəyə almağa çalışırdıq. Biz təpələrə dıərmanaraq onların üstünə atəş açmağa başladıq. Məqsədimiz ancaq irəliyə getmək idi. Yerimi dəyişəndə bir az ayağa qalxmaq istədim, bud nahiyəmdən güllə dəydi və irəliyə tərəf yıxıldım, huşumu itirdim. Döyüş yoldaşlarım da elə biliblər ki, şəhid olmuşam. Ayılanda gördüm ki, hava qaralıb, atəş səsi kəsilib, heç kim yoxdur. Sürünərək irləlimək istədim, amma ayağımı tərpədə bilmədim. İki gecə orada qaldım, yanımda da şəhid var idi. Üçüncü gün bir az da irəlilədim ki, heç kim məni görməsin. Düşündüm ki, öz əsgərlərimiz gəlsə, əlimi qaldırım məni aparsınlar”.

Amin Musayev ermənilər onu gördükdən sonra təpənin arxasından dolanaraq onu tutduqlarını söyləyib:

“Məni görmüşdülər. Silahı götürüb onlara tərəf tuşadım, yağışdanmı, nəmişlikdənmi atəş açmadı. Bir də hiss elədim ki, kimsə məni boynumdan tutdu. Fikirləşmişdim ki, əsir düşməkdənsə, onların bir-ikisini öldürüm, döyüşərək ölüm. Məni sürüyüb aşağı atdılar. Həmin anda orada rus jurnalist də var idi. Jurnalist nalayiq ifadə işlətdi, cavabını verdim. Növbəti dəfə ona cavab verəndə silahın qundağı ilə alnımdan vurdular. Ondan sonra məni tibbi yardım maşınına mindirdilər. Maşına mindirdikdən sonra da mənə vurmağa başladılar. Bir də ayıldım ki, xəstəxanadayam, əməliyyat ediblər”.

Qazimiz Azərbaycana qayıtmaqla bağlı ümidimi heç vaxt itirmədiyini bildirib:

“Qırmızı Xaç komitəsindən gələnlərdən də nə vaxt qayıdacağımızı soruşurdum. Şükürlər olsun ki, qısa zamanda cənab prezidentimiz, ali baş komandanımız məni vətənimə qaytardı. Döyüşlərin noyabrın 10-da bitdiyini bilmirdim. Hətta bura gələndə bildim ki, döyüşlər bitib, torpaqlarımız azad olunub”.