Əli Həsənov: “İstənilən jurnalist hökuməti, dövlət məmurlarını tənqid edə bilər”
11-05-2011, 18:00
Oxunub: 4 898

""Diffamasiya haqqında qanun"un qəbulu jurnalistləri və baş redaktorları məsuliyyətdən azad etmir”.
Bunu jurnalistlərə açıqlamasında Prezident Admnistrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, bu qanunun qəbulu əksinə jurnalistikanın səviyyəsini artırmalıdır. "Onlar daha peşəkar olmalıdırlar ki, gələcəkdə biz jurnalistlərlə ictimaiyyət və məmurlar arasında qarşıdurmalar müşahidə etməyək. Bunun üçün belə qanunun qəbul edilməsi zamanı bütün faktorlar nəzərə alınmalıdır", deyə Ə. Həsənov qeyd edib.
Bəzi beynəlxalq təşkilatların Azərbaycanda mətbuatın durumu ilə bağlı açıqlamalarına PA rəsmisi münasibət bildiri: "Bəzi beynəlxalq təşkilatlar öz müstəqilliklərini itiriblər və müəyyən qüvvələrin əlində alətə çevriliblər. Bizdə istənilən jurnalist hökuməti, dövlət məmurlarını tənqid edə bilər. Bizdə kütləvi informasiya vasitələrinin qeydiyyatında ən liberal qanunlar mövcuddur. Bunun üçün də bəzi beynəlxalq təşkilatların Azərbaycandakı KİV-in problemlərinə münasibəti bizdə təəccüb yaradır".
Bundan əlavə Ə.Həsənov Azərbaycanda peşə fəaliyyətinə görə, həbs edilən bir jurnalistin belə olmadığını bildirib.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər