BolgeXeber.Com » Müsahibə-Reportaj » Məleykə Abbaszadə: "Builki imtahanların vaxtı hələlik bilinmir"

Məleykə Abbaszadə: "Builki imtahanların vaxtı hələlik bilinmir"

14-01-2021, 17:21
Oxunub: 3 720 “Yanvarın 18-ə qədər imtahan tarixləri barədə fikir bildirməyə ixtiyarım yoxdur. İmtahan tarixlərini yalnız həmin vaxtdan sonra təxmini də olsa, söyləyə bilərik”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O qeyd edib ki, yaxın günlər üçün sadəcə imtahanların ardıcıllığını açıqlamaq mümkündür: “Tarixlər hər dəfə pandemiyanın şərtlərindən asılı olur. Biz tarixlərlə bağlı təklifləri hazırlayıb hökumətə öncədən təqdim edirik. Buraxılış imtahanlarının strukturu elan olunub və xüsusi jurnal da çıxıb”.