Adil Qeybulladan Bill Qeytsin qorxulu xəbərdarlığına reaksiya
8-02-2021, 16:30
Oxunub: 7 097
"Bəli, həqiqətən qlobal təhlükələr var”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla "Microsoft” şirkətinin qurucusu Bill Qeytsin bəşəriyyəti gözləyən qlobal təhlükələrlə bağlı xəbərdarlığını şərh edərkən deyib. Onun sözlərinə görə, qlobal istiləşmə, növbəti pandemiyalar, qrip, ekoloji səbəblərin özləri və vaksin tərəddüdü - bütün bunların hamısı insan sağlamlığını təhdid edən faktorlardır:

"Bu gün qida, su, hava və ərzaq təhlükəsizliyi çox ciddi şəkildə insan sağlamlığına təsir edir. Qlobal istiləşmənin gətirdiyi fəlakətlərin bioloji təsiri böyük olacaq. Bitkilər, heyvanlar və insanlar da daha çox əziyyət çəkəcək, ölüm halları da çoxalacaq. Niyə? Çünki insanların özünü qorumağa daha çox imkanları var. Onların əlində təbabət və başqa imkanlar var. Heyvanlar isə təbii seçmədədir, onlar ancaq təbiətdə davam gətirə bilirlər”.
Adil Qeybulla hesab edir ki, buna ciddi yanaşılmalıdır:
"Biz ekoloji problemlərin həlli üçün yeni bir platforma düşünməliyik. Yeni bir mexanizm düşünülməlidir ki, bunun qarşısı alınsın”.
Qeyd edək ki, "Microsoft” şirkətinin qurucusu Bill Qeyts bəşəriyyəti gözləyən qlobal təhlükələrdən danışıb. O bildirib ki, gələcəkdə iqlim dəyişikliyi və bioterrorizm nəticəsində hər il ölənlərin sayı artacaq: "İstiləşmə ilə bağlı təbii kataklizmlərdən ölənlərin sayı hər il artacaq. Koronavirus pandemiyası dövründən çox qurbanlar olacaq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər