BolgeXeber.Com » Müsahibə-Reportaj » Çingiz Qənizadə niyə YAP-a keçdi? — Eks deputatdan açıqlama...

Çingiz Qənizadə niyə YAP-a keçdi? — Eks deputatdan açıqlama...

24-02-2021, 15:53
Oxunub: 4 434 “Əvvəla bu, qəbul olunmuş qaydadır. Dünya ölkələrində də insanlar bir partiyadan digərinə transfer edirlər. Qardaş Türkiyədə yaxın günlərdə bir neçə nəfərin oxşar addımının şahidi olduq. Yəni normal qarşılanmalı bir haldır”.

Bu sözləri Bizim.Media-ya açıqlayan eks deputat Çingiz Qənizadə Yeni Azərbaycan Partiyasına keçidini şərh edərkən həmişə bitərəf olmasına da toxundu: “Həmişə bitərəf olaraq fəaliyyət göstərməyim və bundan sonra YAP-a üzvlüyüm fikirlər yaradır ki, nə zərurətdir?

Mən cənab Prezidentə müraciətimdə də belə əsaslandırmışdım ki, bütün Azərbaycan xalqının son 30 ildə bir arzusu var idi – Qarabağ torpaqları işğaldan azad edilsin.

Bu istəyi, bu arzunu reallaşdırmaq olduqca çətin idi. Amma biz gördük ki, Ali Baş Komandanın rəhbərliyi altında ordumuz, əsgərlərimiz 44 gün müddətində bizim bu arzularımızı çin elədi.

Bu proses dövründə cənab Prezidentin həm sərkərdə kimi qətiyyətini, həm diplomatik, ideoloji sahədə gördüyü işləri və onun profisionallığını, dövlətin, xalqın maraqlarına zidd olan hər hansı bir hərəkətinin baş verməməsinin şahidi oldum.

Özümdə bir sual yarandı ki, niyə belə bir sərkərdinin rəhbərlik etdiyi partiyanın sıralarlında olmayım. O baxımdan da müraciət etdim, müsbət dəyərləndirilib və artıq fevral ayının 10 - dan Yeni Azərbaycan Partiyasının sıralarındayam.

Eyni zamanda bir şeyi də qeyd eləyim ki, ölkədə cənab Prezidentin kadr islahatları gedən zamanda görünən odur ki, YAP-da da müəyən dəyişikliklər olacaq.

Əgər partiya daxilində mənə də nəsə tapşırılacaqsa, bu işin öhdəsindən böyük məmnuniyyətlə gələcəm. Belə olmasa, ən azından partiyanın sıravi üzvü kimi YAP-ın təbliğinə və inkişafına xidmət edəcəm, bunun üçün gücümü, bacarığımı əsirgəməyəcəm.

Onsuz da cənab Prezident ölkədəki ictimai-siyasi fəaliyyətimə bir neçə il öncə qiymət verərək məni Şöhrət Ordeni ilə təltif edib.

Belə hesab edirəm ki, partiya sıralarına gəlməyim də müsbət dəyərləndirilib. Çünki fəaliyyətim göz qabağındadır.

Həm pandemiya, həm Vətən Müharibəsi dövründə televiziya və mətbuatda sayız-hesabsız çıxışlarım olub. Bu da onu göstərir ki, mən ölkənin ictimai-siyasi həyatında varam.

Siyasi fəaliyyətimi Yeni Azərbaycan Partiyası ilə bağladım və hesab edirəm ki, doğru addım atmışam. Cənab Prezidentin əsgəri olmaq, onun rəhbərlik etdiyi partiyanın sıravi üzvü olmaq böyük şərəfdir”, - deyə Çingiz Qənizadə fikrini tamamlayıb.