"Yoluxanların sayının 1000-ə çatması artıq həyəcan təbilidir" - İnfeksionist
17-03-2021, 14:54
Oxunub: 5 791
Yoluxma sayı 1000-ə çatıb. Bu, artıq həyəcan təbilidir.
Bolgexeber.com xəbər verir ki, bunu "milli.az”a açıqlamasında infeksionist İlahə Vəliyeva deyib.
İnfeksionist bildirib ki, COVİD-ə yoluxmaların qarşısını almaq üçün bayramqabağı gəl-getlər azaldılmalıdır:
"Müəyyən qaydalara daha ciddi şəkildə əməl olunmalıdır. Maskadan istifadə, sosial məsafə kimi qaydalara daha ciddi şəkildə diqqət yetirilməlidir. Digər tərəfdən, indi bayramqabağı gəl-getlər bir az artıb. Çalışmaq lazımdır ki, sosial təcrid məsələsinə diqqət edilsin.
Evdə əgər bir nəfər koronavirusa yoluxubsa, digər ailə üzvləri özlərini qorumalıdırlar. Yoluxan şəxs də özünü azı iki həftəlik izolyasiya etməlidir. Bu qaydalara əməl olunsa, əvvəlki normal həyata qayıtmaq olar".
Xatırladaq ki, dünənki statistikaya görə, Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 980 yeni yoluxma faktı qeydə alınıb, 12 nəfər vəfat edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər