Xalq artisti: “Nəvəm Eldar Qasımovla fəxr edirəm”
16-05-2011, 17:15
Oxunub: 7 050

“Mənə ulu babam kömək etdi”.
Bu sözləri “Eurovision 2012” mahnı müsabiqəsini Azərbaycana gətirən təmsilçilərimizdən biri Eldar Qasımov müsabiqədən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavabalandırarkən deyib.
Söhbət Azərbaycan teatrının korifeyi Abbas Mirzə Şərifzadədən gedir. Belə ki, Abbas Mirzə Şərifzadə Eldar Qasımovun nənəsinin, yəni xalq artisti Firəngiz Şərifovanın atası, məşhur aktrisa Mərziyə Davudova isə anasıdır. Eldarın ailəsi onun qələbəsi ilə fəxr edir. Onların qüruru yerə-göyə sığmır.
Təmsilçimizin nənəsi Firəngiz Şərifova ANS TV-yə açıqlamasında nəvəsinin qələbəsində genetik rolu xüsusi qeyd edib: “Birincisi, mən belə nəvə ilə fəxr edirəm. İkincisi, yenə də deyirəm ki, mənim ailəmin, qanımın, atamın davamçısı var. Mənim atam Abbas Mirzə Şərifzadə böyük aktyor olub. Anam Mərziyə Davudova da görkəmli aktrisa olub. Mən bu qandan gəlirəm”.
E.Qasımovun atası Pərviz Qasımov da oğlunun qələbə qazanacağından əmin olub.
“Əvvəldən bilirdim ki, o, yaxşı çıxış edəcək. O, istedadlı uşaqdır. Eldar məktəbdə də, institutda da yaxşı oxuyub. Ali məktəbi qırmızı diplomla bitirib. Alman dilində sərbəst danışır, ingilis dilində necə danışdığını özünüz gördünüz. Təhsilini rus dilində alıb. Azərbaycan dilini də yaxşı bilir”, - Pərviz Qasımov bildirib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər