Azərbaycanda karantin bu halda tam ləğv edilə bilər
17-04-2021, 18:20
Oxunub: 3 048
Azərbaycanda karantin ümumiyyətlə ləğv oluna bilərmi?
Bu və digər suallara terapevt, Tibb elmləri namizədi Eldar Kamranovun milli.az-a müsahibəsində cavab verib.
Hüsahibəni təqdim edirik:
- Peyvənd olunanlar arasında təkrar yoluxma halları var. Xəstəliyi qarşıdakı həftələrdə nəzarətdə saxlamaq mümkün olacaq?
- Vaksinasiyadan təxminən bir ay sonra bədəndə anticisimlər (immunoqlobin-C) formalaşır. Yəni birinci dozadan 4-5 həftə sonra xəstəliyə qarşı immunitet yaranır. Peyvəndin müsbət nəticəsini biz müəyyən vaxtdan sonra hiss edəcəyik. Baxmayaraq ki, heç kim ikinci dəfə yoluxmadan sığortalanmır. Minimum peyvənd 5-6 ay xəstələrdə imunnitet yaradacaq. Dövlət pandemiyanı bu qədər nəzarətdə saxlamasa o zaman yoluxma sayı ağılkəsməz səviyyədə olardı, bəzi ölkələrin gününə düşə bilərdik. Hazırda ölkəmizdəki epidemioloji vəziyyət dözüləsi həddədir. Xəstəlik tam olaraq dövlətin nəzarətindədir.
- Vaksinin iki dozası vurulan şəxslərə karantin qaydaları ilə bağlı hansısa güzəştlər edilə bilərmi?
- Düşünürəm ki, yaxın gələcəkdə əgər sərt karantin rejimi tətbiq edilərsə vaksinin hər iki dozası vurulan vətəndaşlarımız üçün imtiyazlar ola bilər. Bu məsələ çox real görünür, çox düzgün də qərar olar. Həmin şəxslər karantin rejiminin bir çox qaydalarından azad ola bilər.
- COVİD-ə təkrar yoluxma həyati təhlükə yarada bilərmi?
- Müşahidəmə əsasən deyə bilərəm ki, təkrar yoluxan xəstələr xəstəliyi çox yüngül keçirirlər. Özləri də etiraf edirlər ki, "doktor, əvvəlki vəziyyət deyil". Təkrar yoluxanlar da hiss edir ki, artıq əvvəlki kimi sərt ağrılar, yüksək temperatur olmur. Çünki xəstəliyi keçirənlərin bədənində artıq anticisimlər formalaşıb.
- Koronavirus təhlükəsindən xilas olmağımız üçün əhalinin neçə faizinin peyvənd olunması vacibdir?
- Təxminən əhalinin yarısı peyvənd olunarsa, kollektiv immunitet formalaşar və nəticədə yoluxanların sayı çox aşağı düşər. Ümumi götürsək, xəstəliyi keçirənlərlə peyvənd olunanlar əhalinin 2/3 hissəsini, 65-70%-ni təşkil etsə, COVİD təhlükəsi tam dayanar və bütün məhdudiyyətlər aradan götürülə bilər".
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər