BolgeXeber.Com » Müsahibə-Reportaj » Dövlətlərin oyuncağına çevrilmiş Ermənistanın AQİBƏTİ- MÜSAHİBƏ

Dövlətlərin oyuncağına çevrilmiş Ermənistanın AQİBƏTİ- MÜSAHİBƏ

29-04-2021, 09:05
Oxunub: 4 256 Co Baydenin dünya gündəmini zəbt edən məlum açıqlamasından sonra həm ABŞ və Türkiyə münasibətləri, həm də Ermənistan və Rusiya münasibətləri tarixdə rastlanmamış qədər uçurum kənarına gəldi.
Dövlətlərin gözlənilən addımları, baş verə biləcək kritik hadisələrin düzgün proqnozunu öyrənmək üçün politoloq, Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər üzrə mütəxəssis Dos.doktor Xaliq Şükürova mövzu ilə əlaqədar suallar ünvanladıq.

Həmin müsahibəni təqdim edirik: 
– Xaliq müəllim, Co Baydenin “erməni soyqırımı” deməsinin arxasında nə dayanır və əsas maraq nədir ?
– Buna siyasilər tərəfindən çoxlu fərqli yanaşmalar olsa da, fikrimizcə bu uzun məsafəli bir strategiyanın sadəcə görüntüsüdür. Bu strategiyanın alt yapısında Ermənistanın gələcəkdə ABŞ-la münasibətlərinin daha da inkişaf etdirilərək, Rusiyanın maraq dairəsindən nisbətən çıxarılması məqsədi daşıyır. Amerika Birləşmiş Ştatlarının prezidenti Co Baydenin “erməni soyqırımı” ifadəsini işlətməsi Ermənistanda keçiriləcək yeni seçkilərdə siyasi olaylara təsir edə bilmək üçün hesablanıb.
– Sizcə keçiriləcək seçkilərdə ABŞ Ermənistanda öz maraqlarını təmin edə biləcəkmi ?
– Ümumiyyətlə ABŞ-ın maraqlarının Ermənistanda təmin olunması əsaslı şəkildə mümkün deyil, sadəcə olaraq, ABŞ Ermənistana təsir edə bilmək gücünü əldə etmək və bu gücü artırmaq uğrunda mübarizə aparır.
– Sizcə ABŞ buna nail olacaqmı ?
– Bilirik ki, Ermənistan siyasi səhnə baxımından son zamanlar üç siyasi fikir tərəfdarlarına bölünüb. Birinci fikir tərəfdarları Rusiya yönlü olanlardır ki, Putin və Rusiya 44 günlük savaşda Ermənistana izah etdi ki, biz olmasaq, siz heç kimsiniz və Ermənistanda bundan əmin oldu. Hal-hazırda bu siyasi düşüncədə olan siyasilərin ümumi sayı Ermənistanda 60% təşkil edir. Buna baxmayaraq Ermənistanda qərb meyilli hazırkı hakimiyyət də böyük siyasi gücə malikdir və buna görə də Rusiya Ermənistanı cəzalandırır.
Üçüncü qrup siyasilər isə bu münasibətlərdən yorulan sadə erməni əhalisidir ki, onlar yaşamaq və sülh istəyirlər. ABŞ-ın Ermənistana təsir etmək istəməsi və Rusiyanın Ermənistanı tam təsir altında salmaq arzusunda olduğunu dəyərləndirsək demək olar ki, seçki dövrü və seçkidən bir müddət sonra Ermənistanda vəziyyət erməni xalqı üçün acınacaqlı olacaq.
– Sizcə Ermənistan üçün ən əlverişli çıxış yolu nədir ?
– Buna Putin və Rusiya imkan verməz! Ermənistan iqtisadi siyasi inkişafı üçün Rusiyanın və qərbin təsirindən imtina edərək Azərbaycanla və Türkiyə ilə iqtisadi siyasi razılaşmalara gedərək, regional inkişafdan faydalanmalıdır. Erməni xalqı anlamalıdır ki, onlardan Rusiya və digər güclər həmişə kimi  öz maraqları üçün istifadə edir.
Rza Göytürk
Gunİnfo.az