Azərbaycanda hansı məhdudiyyətlər ləğv oluna bilər? (AÇIQLAMA)
24-05-2021, 18:35
Oxunub: 6 352
"Mövcud vəziyyətə uyğun olaraq karantin tədbirlərinin yumşaldılması və bütövlükdə real sektordakı məhdudiyyətlərin bir qisminin aradan qaldırılması məqsədəuyğun olardı. Azərbaycanda sərt karantin tətbiq olunmadan yoluxma sayını lokallaşdırmaq mümkün oldu. Etiraf edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu istiqamətdə təqdirəlayiq fəaliyyət həyata keçirdi".
Bu sözləri açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, qonşu ölkələrdə, o cümlədən qardaş Türkiyədə yaz aylarında sərt karantin tətbiq olundu. Amma Azərbaycan sərt karantinə getmədən yoluxma sayını optimallaşdıra bildi:
"Yoluxma sayının azalması və epidemioloji vəziyyətin uyğun olması yeni qərarların qəbul edilməsini istisna etmir. Bu kontekstdə biz təklif edirik ki, turizm mövsümünün yaxınlaşmasını nəzərə alsaq, Azərbaycana gəlişlə bağlı qaydaların yumşaldılması məqsədəuyğun olardı. Hazırda Azərbaycana gəlməklə bağlı xüsusi qaydalar qüvvədədir.
Təklif edirik ki, seçilmiş ölkələr, o cümlədən bir sıra qonşu ölkələrdən vətəndaşlar COVID-19 testi verməklə Azərbaycana səfər edə bilsinlər. Əgər onların 48 saat ərzində neqativ COVİD testi varsa, Azərbaycana səfər etmək imkanı əldə etsinlər.
İqtisadiyyatda digər istiqamətlərdə də məhdudiyyətlərin yumaşladımasının mərhələli şəkildə həyata keçirilməsi məqsədəuyğun olardı. Uzun müddət müakirə olunan məsələlərdən biri də toyların keçirilməsinə icazə verilməsi və idman zallarının fəaliyyətə başlaması ilə bağlıdır. Fikrimcə, xüsusi qaydalar hazırlayıb tətbiq etməklə bu istiqamətdə yumşaldılmaya gedilməsi doğru olardı".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər