BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanda pandemiya nə vaxt bitəcək? - Deputatdan açıqlama

Azərbaycanda pandemiya nə vaxt bitəcək? - Deputatdan açıqlama

7-06-2021, 16:54
Oxunub: 4 872
"Bir aya normal həyata dönə bilərik, Azərbaycanda pandemiyanın sonu ola bilər”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı bildirib.

O, qeyd edib ki, hər şey insanların məsuliyyətindən asılıdır:

"Çox yaxşı haldır ki, ölkəmizdə yoluxmanın sayı sürətlə azalır və sağalma artır. Görünən odur ki, insanlarımız pandemiyanın verdiyi ağır nəticələrin fərqindədir. Hər bir vətəndaşımız normal həyat üçün darıxıb. Bunun üçün də qaydalara əməl edirlər. Əsas odur ki, vaksinləşmə prosesi sürətlə davam edir. Bu proses tamamilə sona çatdıqdan sonra artıq Azərbaycanda pandemiyanın sonu ola bilər. Bundan sonra da insanlar normal həyata dönəcək, uzun müddətdir toy arzusunda olanlar xoşbəxtliyə qovuşacaq. Mənə elə gəlir ki, belə davam edərsə, bir aya normal həyata dönə bilərik. Bu da ən əsası insanların məsuliyyətindən asılıdır”.
 Fəzail Ağamalı onu da qeyd edib ki, insanlar bu vəziyyətdən yorulublar:

nsanlar evdə oturmaqdan yorulublar. Hamı toy, şənlik görmək istəyir. Bu, başadüşüləndir. Bir daha təkrar edirəm bu bizim özümüzdən daha çox asılıdır. Biz istəyiriksə normal həyata tez dönək, qapalı məkanlarda tibbi maskalardan istifadə etməli və sürətli vaksinasiya olunmalıyıq”.