“Dəmir yumruq” abidəsinin memarı: “Əsəri beş aya hazırlamışam”
26-06-2021, 16:27
Oxunub: 3 472
"Hadrut qəsəbəsində qoyulan "Dəmir yumruq” abidəsi Prezident İlham Əliyevin dəmir yumruğudur”.
Bunu qəsəbədə qoyulan, fotosu sosial şəbəkələrdə geniş yayılan abidənin müəllifi rəssam Elxan Əliyev bildirib.
Onun sözlərinə görə, Şuşada və ya digər işğaldan azad olunan ərazilərimizdə zəfər yolunun üzərində belə bir abidə ucaltmaq arzusunda olub.
"Prezidentin möhtəşəm yumruğu məni bu abidəni yaratmağa sövq edib. Əvvəlcə, generalımız Mayis Bərxudarova bu abidənin kiçik maketini hazırlayıb təqdim etmişdim. O, çox bəyəndi və söhbət əsnasında təklif etdim ki, gəlin bunun böyüyünü düzəldək. Generalımız da razılaşdı. Heykəlin və "Zəfər şəhidləri” kompleksinin layihəsini qızım – gənc memar Gülər Əlizadə verdi. Özümün rəhbəri olduğum şirkətin komandası ilə birlikdə isə "Dəmir yumruğ”u öz vəsaitimiz hesabına hazırladıq”.
Müəllif bildirib ki, Hadrutda hərbi hissənin həyətində qoyulan abidə təxminən 5 aya ərsəyə gəlib:
"Dəmir yumruq” qayaların içərisində hazırlanıb. Abidədə bayrağımız, ay-ulduz, əsgərlərimiz, dronlar əks olunub. Hazırlanmasında isə dəmir listlərdən istifadə olunub. Bu abidəni həm Prezidentimizə, həm də ordumuza həsr etmişik. İyunun 24-də abidənin açılışı olub. Həmin gün hərbi hissə komandiri və general tərəfindən şəhadətnamə ilə təltif olunmuşam”.
Bundan əvvəl öz komandası ilə birgə Bakının Əmircan qəsəbəsində abadlıq işləri görən rəssam işğaldan azad olunan torpaqlarda hansısa bir qəsəbəni götürüb bütövlükdə təmir etmək arzusunda olduğunu da dilə gətirib.
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 3-03-2023, 16:20 : Yeni dünya düzəni yenidən formalaşmaqdadır
Analitika / Xəbərlər
- 4-03-2023, 09:05 : "Formula 1" mövsümünə START VERİLDİ
İdman / Xəbərlər