"Milləti bir yerə toplaya bilən güclü dövlət hakimiyyəti hər şeyə qadirdir"
28-07-2021, 15:31
Oxunub: 3 776
“Dövlət müstəqilliyinin bərpasından ötən 30 il mürəkkəb və ziddiyyətli təzadlı olub. Keçilən yolu geniş təhlil etmək və yazmaq mümkün olsa da, onu qısa, ümumi şəkildə bir neçə mərhələyə bölmək və aşağıdakı kimi səciyyələndirmək olar.
1991-1993-cü illəri əhatə edən birinci mərhələ Azərbaycanda xaos, anarxiya və Ermənistanın hərbi təcavüzünün genişlənməsi, torpaqların itirilməsi, ölkədə rəhbərliyin bir neçə dəfə dəyişməsi, ümumi böhranın yaranması, müstəqil dövlətin itirilmə, ölkənin xaricdən dəstəklənən separatçılıqla parçalanma təhlükəsi qarşısında dayanması, sabaha ümidin olmaması, xarici siyasətin dalana dirənməsi və s. ilə səciyyələnir.
1993-2003-cü illəri əhatə edən ikinci mərhələ böhranlı şəraitdə Azərbaycan xaqlının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə ikinci dəfə gəlməsi, dövlətin dağılmaqdan, ölkənin parçalanmaqdan xilas edilməsi, islahatlara başlanılması, çoxqütblü xarici siyasətin yürüdülməsi və dövlətin qurulması ilə səciyyələnir”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Millət vəkili əlavə edib ki, 2003-cü ildə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsindən sonrakı mərhələ islahatların dərinləşdirilməsi, güclü, müasir, modern dövlətin qurulması, qüdrətli ordunun qurulması, dövlətin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, nüfuzunun və rolunun artması, Azərbaycan millətinin tarixində bir çox ilklərə imza atılması, işğal altında qalan torpaqların azad edilməsi ilə səciyyələnir:
“Keçilən yolun tarixi təcrübəsindən bir sıra ibrət dərslərini almaq olar: hakimiyyətə küçədən gəlmək fəlakətdir; Azərbaycanda anarxiya və xaos, zəif rəhbərlər olan zaman millət və dövlət daim geri gedib, ərazilərini itirib; sabitlik, güclü dövlət hakimiyyəti və qüdrətli rəhbər olduqda isə millət və dövlət istəyinə nail olub; Azərbaycan millətinin inkişafının və qarşısına qoyduğu hədəflərə çatmağının təməlində güclü dövlət və qüdrətli rəhbər dayanır; milləti bir yerə toplaya bilən güclü dövlət hakimiyyəti hər şeyə qadirdir; bütün çətinliklərdən çıxan millətimizin və dövlətimizin yaxşı gələcəyi var”.
Mürtəza
Çox Oxunanlar
- 28-02-2023, 14:47 : Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun doğum günü münasibəti ilə tədbir keçirilib
Bölgə / Xəbərlər
- 26-02-2023, 11:44 : Xocalı Soyqırımından 31 il ötür
Gündəm / Xəbərlər
- 28-02-2023, 09:31 : Bu gün Od Çərşənbəsidir
Gündəm / Xəbərlər
- 6-03-2023, 15:17 : DYP bu şəxslərə MÜRACİƏT ETDİ
Gündəm / Xəbərlər
- 27-02-2023, 12:20 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 1-03-2023, 10:27 : Azərbaycanda hündür mərtəbəli binalara QADAĞA QOYULUR?- ŞOK İDDİA
Sosial / Xəbərlər
- 25-02-2023, 09:30 : Vəziyyət GƏRGİNDİR- Alimlər HƏYƏCAN TƏBİLİ ÇALIR
Sosial / Xəbərlər
- 27-02-2023, 10:20 : Bu yollardan istifadə edən SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 4-03-2023, 15:43 : Marketdə baş verən hadisənin pərdəarxası tərəfi
Gündəm / Xəbərlər
- 6-03-2023, 13:01 : Bu gün Xalqxeber.Az xəbər saytının 11 yaşı tamam olur
Gündəm / Xəbərlər