Azərbaycanda karantin niyə sərtləşdirilmir? - AÇIQLAMA
20-11-2021, 11:30
Oxunub: 6 448
"Vaksinasiya prosesi başlayandan etibarən bir neçə dəfə yoluxma hallarında ciddi artımlar müşahidə edilib. Buna baxmayaraq, karantin sərtləşdirilməsinə gedilməyib. Buna səbəb ölkədə aparılan vaksinasiya prosesinin müsbət nəticə verməsidir”.
Bu sözləri TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Bakıda "COVID-19: Erkən və Gecikmiş Fəsadlar” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib.
O bildirib ki, pandemiyanın ilk dövrlərində vaksinasiya prosesi başlamadığı üçün həmin vaxt qapanmalar yeganə çıxış yolu idi:
"İndi isə vəziyyət fərqlidir. Vaksinasiyanın effektivliyini göstərən ən yaxşı nümunə məhz budur. Mütləq peyvənd vurdurmaq lazımdır. Bu gün həkimlərin də tövsiyəsinə uyğun olaraq buster doza vaksini vurdurmalıyıq”, - deyə o qeyd edib
Ölkəmizdə bu günə kimi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsində tibb personallarının xidmətlərindən danışan Y.Qarayeva bildirib ki, pandemiya ilə mübarizəyə ölkə üzrə 43 551 tibb personalı cəlb olunub:
"Eyni zamanda 574 könüllü tibb işçisi, eləcə də xaricdən dəvət olunan 380 mütəxəssis bu proseslərə cəlb olunub. Vətən müharibəsi zamanı yaralılara 10 000 tibb personalı, 1300 könüllü, xaricdən dəvət olunan 100 mütəxəssis xidmət göstərib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər