“Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
2-06-2022, 14:30
Oxunub: 1 376
"Mən hesab edirəm ki, quru sərhədləri də açılmalıdır, heç bir ciddi, qəti məhdudiyyətlər də olmamalıdır. Ancaq bir şərtlə ki, hər bir şəxs, hər bir insan, hər bir vətəndaş özünün sağlamlığını, təhlükəsizliyini qorumaq üçün lazımi tədbirləri özü görməlidir”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O, qeyd edib ki, pandemiya üçün nəzərdə tutulan müəyyən qayda-qanunlara əməl olunmalıdır:
"Müəyyən qayda-qanunlara əməl olunmalıdır. Yəni, bu pademiya üçün olan qayda-qanunlara hər bir şəxs özü fərdi qaydada əməl eləməlidir. Ailəsində əməl eləməlidir, ictimai yerlərdə əməl eləməlidir. Çünki bu, elə bir bəladır ki, düşünsək ki, birdəfəlik bundan tam sovuşduq, bu da doğru olmaz. Məsələ burasındadır ki, indi virus bir növ sönüb, elə də ciddi təhlükəsi qalmayıb, ancaq heç kim deyə bilməz ki, yeni bir bəla olmayacaq. İndi hamımız oxuyuruq ki, artıq bir neçə ölkədə meymunçiçəyi deyilən bir xəstəlik yayılıb”.
Deputat həmçinin qeyd edib ki, bundan sonra pandemiya üçün ciddi məhdudiyyətlərə ehtiyac yoxdur:
"Dünyadır, insanlar artır, elm, texnika inkişaf edir, istehsalat artır. Havanın çirklənməsi, ekologiya məsələləri və daha nələr mövcud olub. Buna görə də mən hesab edirəm ki, qəti qadağalar, məhdudiyyətlər olmasa da, hər kəs özü öz sağlamlığının, təhlükəsizliyinin təminatı üçün lazımi tədbirləri görməlidir, özünü qorumalıdır. Bundan sonra ciddi məhdudiyyətlər isə ehtiyac yoxdur”.
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət