Qurban Qurbanov: "Ayağım sınıq olsa da, 10-cu mərtəbəyə əsa ilə qalxmışdım"
5-07-2022, 16:23
Oxunub: 3 272
"Həm Stavropoldo, həm Kalininqradda, həm də Həştərxanda olmuşam. Amma Voronej tam fərqli şəhərdir. Ora gələn digər legionerlər belə, həmin şəhər haqqında maraqlı fikirlər bildiriblər".
"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov futbolçu vaxtı çıxış etdiyi Rusiyanın "Fakel" klubu barədə "CBC Sport"a açıqlamasında deyib.
Voronej təmsilçisinin sabiq mətbuat katibi Vladislav Semyonovun onunla bağlı fikirlərinə münasibət bildirən 50 yaşlı mütəxəssis zədəli halda 10-cu mərtəbəyə pilləkənlə qalxdığını təsdiqləyib: "Həmin hadisə Semyonovun müsahibəsini oxuduqdan sonra yadıma düşdü. Günorta saatları idi. Dedilər ki, liftdə problem var, işıqlar sönüb. Bu səbəbdən 10 mərtəbəni əsalarla qalxmışdım. Belə zədələrə qarşı dözümlüyəm. Həm də azərbaycanlı kimi özümü göstərmək istəyirdim ki, biz belə xarakterliyik (gülür). Gənc yaşlarında insanda belə hallar çox olur".
Qurbanov həmin ayağının sınmasını anasından da gizlətdiyini söyləyib: "Həmin hadisədən bir neçə gün sonra Bakıya qayıtdım. Bakıdan isə Zaqatalaya gəldim. Anamın da xəbəri yox idi. Ona bildirməmək üçün maşından düşəndə əsaları götürmədim və normal yeriyərək anamla görüşdüm. Evə kimi əsasız getdim. Sonradan qardaşım Musa olanları danışdı. Dedi ki, hər şey qaydasındadır, sadəcə, ehtiyat baxımından əsa ilə gəzirəm".
Təcrübəli mütəxəssis hazırda "Fakel"dən sabiq komanda yoldaşları ilə əlaqəsinin olmadığını vurğulayıb: "Bir neçə futbolçu ilə danışırdıq. Sonradan əlaqə kəsildi. Amma onların bir neçəsi ilə Avstriya və Türkiyədəki təlim-məşq toplanışlarında görüşdük, keçmiş günləri yada saldıq. Onları görəndə hər zaman şad oluram".
Qeyd edək ki, Qurban Qurbanov 1999 - 2001-ci illərdə, həmçinin 2002-ci ildə "Fakel"də çıxış edib.
Çox Oxunanlar
- 1-09-2023, 13:35 : Kəlbəcərdə atışma davam edir - Rəsmi
Xəbərlər / Ölkə
- 6-09-2023, 16:00 : İlham Əliyev Fərman imzaladı
Siyasət / Xəbərlər
- 26-08-2023, 18:12 : Naxçıvanda fəhlə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 2-09-2023, 18:00 : Sabirabadda 3 otaqlı ev yandı
Sosial / Xəbərlər
- 16-09-2023, 11:21 : Borca görə axtarışda olan 160 nəfər saxlanıldı
Xəbərlər / Ölkə
- 9-09-2023, 18:00 : Bu icra başçısı da müavinini işdən çıxardı
Xəbərlər / Ölkə
- 16-09-2023, 18:00 : NATO-nun Baş Qərargah rəisləri toplandı
Dünya / Xəbərlər
- 7-09-2023, 09:25 : 7-ci sinif şagirdi küləyə görə faciəvi şəkildə öldü
Sosial / Xəbərlər
- 4-09-2023, 18:51 : İcra başçısı yeni tədris ilinə hazırlıqla bağlı təmir işləri aparılan ümumtəhsil məktəblərində olub
Bölgə / Xəbərlər
- 25-08-2023, 17:04 : Ərəblərin fantastik təklifini rədd edən Lukaku bu klubu seçdi
İdman / Xəbərlər