Azərbaycanda da zəlzələ olacaq? - RƏSMİ AÇIQLAMA
11-07-2022, 12:06
Oxunub: 6 472
Gürcüstan-Ermənistan sərhədində, Cavaxeti dağlarında aylardır zəlzələlər davam edir. Həmçinin qonşu İranda ard-arda zəlzələlərin baş verməsi sual doğurur ki, bu Azərbaycanda da baş verə bilərmi?
Bolgexeber.com xəbər verir ki, bu barədə Oxu.Az-ın suallarını AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli cavablandırıb.
Onun sözlərinə görə, əslində, Azərbaycanda hər gün zəlzələ baş verir, lakin bu yeraltı təkanlar hissolunan deyil:
"Nəzərə almaq lazımdır ki, seysmogen bölgədə zəlzələ olmalıdır. Alp-Himalay seysmik qurşağı bütöv şəkildə seysmogen bölgədir və Alp dağlarından başlayıb, Himalay dağları ilə Sakit okeana qədər uzanır. Bu qurşaqda hər gün mütəmadi olaraq təkanlar baş verir”.
Q.Yetirmişli vurğulayıb ki, görünür, Azərbaycanda hissolunan təkanlar baş vermədiyi üçün çox da duyulmur:
"Lakin qeyd etmək yerinə düşər ki, hər gün 25-35, bəzi hallarda isə 40-a qədər zəif təkanlar olur. Yəni yerdaxili proseslər daim var və olmalıdır. Yer də sanki insan kimi nəfəs alır”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər