BolgeXeber.Com » Müsahibə-Reportaj » Azərbaycanda yoluxma sayı artır: Qapanma olacaq?

Azərbaycanda yoluxma sayı artır: Qapanma olacaq?

14-07-2022, 12:51
Oxunub: 4 120
Son zamanlar dünya ölkələrində koronavirusa yoluxma hallarında yenidən artım müşahidə olunur. Bu artım qonşu ölkələrdə, eləcə də Azərbaycanda da görülməkdədir. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatı da bununla bağlı çağırış edərək dünya ölkələrini maska rejiminə qayıtmağa səslədi.

Deputat qeyd edib ki, ehtiyac yaranarsa, lazımi qurumlar müvafiq addımlar atacalar:

"Azərbaycanın COVID-19-a qarşı çox yaxşı təcrübəsi var. Artıq bu tədbirlərin görülməsi nəticəsində Azərbaycan cəmiyyəti nə qədər öz sağlamlığını qorumağın lazım olduğunun fərqindədir. Ona görə də mən düşünürəm ki, bizim artıq ixtisaslaşmış institutlarımız var ki, bunlar prosesi diqqətlə izləyirlər. Lazım olan qərarlarla bağlı addımlar atacaqlar ki, Azərbaycan vətəndaşlarının da, hamımızın da borcu odur ki, bu tövsiyyələrə, veriləcək qərarlara riayət edək. Çünki biz birinci COVID-19 pandemiyası təcrübəmizdən bilirik ki, biz bunu bacarırıq. Azərbaycan cəmiyyəti savadlı cəmiyyətdir və belə qərarlar olarsa, ona uyğun addım atmağı bacarmalıdır”.

Quru sərhədləri ilə bağlı da məsələyə münasibət bildirən deputat qeyd edib ki, zərurət yaranarsa, sərhədlərin bağlanması da gündəmə gələ bilər:

"İstənilən halda heç bir ölkə öz quru və hava sərhədlərinin bağlanmasında maraqlı ola bilməz. Çünki bu, iqtisadi fəallığı məhdudlaşdırır, ticarət əlaqələrini məhdudlaşdırır. Əlbəttə, biz də istəmirik ki, belə məhdudiyyətlər olsun. Ancaq şərtlər bunu diqtə edərsə, belə bir zərurət yaranarsa, məcburən sərhədlərin bağlanması da gündəmə gələr. Amma bununla bağlı ən uyğun qərarı müvafiq ixtisaslaşmış qurumlarımız verəcək”.