Deputat: Mənim deməyimlə sərhədlər açılan deyil
20-07-2022, 16:56
Oxunub: 6 224
"Ölkə rəhbərliyi 6 aylığın yekunu ilə bağlı müşavirədə birmənalı olaraq dedi ki, quru sərhədlərimiz bağlıdır və belə olması lazımdır. Çünki biz əhalimizin təhlükəsizliyinin qeydinə qalırıq. Bu barədə ölkə Prezidentindən yüksək səviyyədə münasibət bildirən olmayacaq idi ki".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.
Deputat bildirib ki, görülən tədbirlər millətimizin, ölkəmizin təhlükəsizliyinin təminatı üçündür:
"Məsələn, dünən Türkiyə ilə bağlı məlumat getdi ki, bir neçə gün ərzində Türkiyədə xəstəlik birdən-birə 40 dəfədən çox artıb. 40 dəfə! İndi, deyənlər var ki, təyyarə ilə gedib-gələndə xəstəlik olmur, yerlə yedib-gələndə xəstəlik olur? O olur, bu olur. Düzdür, əhalini də qınamaq olmur, hamı istəyir ki, gediş-gəliş asan olsun, özünün imkanlarına uyğun olsun, çətinlik olmasın.
Deputat quri yolunun açılmasının tərəfdarı olduğunu deyib:
"Mənim də bir vətəndaş kimi istədiyim odur ki, əhalimizin gediş-gəlişində problem olmasın. Ancaq burada mənim, ya qeyrisinin deməsi ilə ya sərhəd bağlanan deyil, ya da açılan deyil. Bu sahəyə məsul olan qurumlar var. Yəqin ki, o qurumlar müəyyən aydınlaşdırmalar aparırlar, müəyyən qərar gəlirlər. Bu barədə də ölkə başçısına məlumat verilir, müvafiq qərar çıxarılır ki, açılsın, ya yox. Hesab edirəm ki, nə tədbirlər görülürsə, hamısı xalqımızın, millətimizin, ölkəmizin təhlükəsizliyinin təminatı üçündür”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər