BolgeXeber.Com » Müsahibə-Reportaj » Qətlə yetirilən şəxsin qardaşı danışdı: “Rəşaddan şikayətçi deyilik”-VİDEO

Qətlə yetirilən şəxsin qardaşı danışdı: “Rəşaddan şikayətçi deyilik”-VİDEO

11-11-2022, 14:39
Oxunub: 29 192 "Qardaşım dostu ilə oturmuşdu, mən isə yatırdım. Qapının səsinə ayıldım. Gəldim ki, oğlan tək oturub. Dedi ki, Rəşad gəldi, İsgəndər onun maşınına oturub getdi. Zəng vurdum, cavab vermədi. Rəşadı uşaqlıqdan tanıyıram, düşündüm ki, qayıdıb gələcək”
Bu sözləri meyxanaçı Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehtiyevin qardaşı İntiqam Mehdiyev "Astar”a açıqlamasında deyib."Qardaşım narkotik qəbul edir. Satmır, satana 9 ay qəbs verirlər? İki dəfə həbs edilib, birinci 3 ilə yaxın olub. Əlində sənəti yox idi, fəhləlik edirdi. Bir də pensiya alırdı”, - deyə o bildirib.
İ.Mehtiyev Rəşad Dağlıdan şikayətçi olmadıqlarını deyib:
"Şikayətçi deyilik”
R.Dağlının atası bildirib ki, yasın bütün xərclərini onlar çəkir.
Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvələddüdlü R.Əmirov tanışı 1979-cu il təvələddüdlü İsgəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı biçaqla çoxsaylı xəsarət yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.