BolgeXeber.Com » Müsahibə-Reportaj » “Azərbaycan, harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşının qarantıdır”

“Azərbaycan, harada yaşamasından asılı olmayaraq hər bir vətəndaşının qarantıdır”

20-10-2013, 12:55
Oxunub: 5 924 Avropa İqtisadi Ticarət, Kommersiya və Sənaye Palatasının Diplomatik Məsələlər və Beynəlxalq Əlaqələr üzrə Mərkəzi Ofisinin Prezidenti Rövşən Tanrıverdiyev son günlər Rusiyada baş verən olayla bağlı “Qafqaznews.az” saytına müsahibə verib.


- Son günlər Rusiyada baş verən və az qala dünyanın diqqət mərkəzində olan olayla bağlı fikirlərinizi bilmək istəyirik. Baş verənlərin kökündə nə dayana bilər?

- Soydaşımız Orxan Zeynalovla bağlı baş verənlər hər bir azərbycanlı kimi məni də üzdü. Birincisi, hamıya məlumdur ki, cinayətkarın milli, dini, irqi, regional mənsubiyyəti olmur. Cinayətkar hər yerdə cinayətkardır. Dünya mətbuatında tez-tez müsəlman terrorçular ifadəsi səslənir. Axı, terrorizmin müqəddəs İslam dininə, müsəlmançılığa heç bir dəxıi yoxdur. Məgər terrorçular arasında xristian və başqa dinlərə məxsus şəxslər azdır ?! Heç uzağa getməyək. Bir müddət əvvəl, daha dəqiq desək 2011-ci ildə Norveçdə gənclik düşərgəsində millətçi Breyvik tərəfindən törədilən və xeyli insan tələfatına səbəb olan terroru məgər müsəlman törətmişdi?

Yaxud ötən əsrin əvvəllərində Rusiyada baş verən “qırmızı terror”u azərbaycanlılar edirdi?! Ermənilərin Avropa ölkələrində törətdiyi terrorun artıq sayı-hesabı da yoxdur. Yəni cinayəti milli və dini mənsubiyyətlə əlaqələndirmək ya savadsızlığın əlamətidir, ya da bəzi qara qüvvələrin bilərəkdən ortaya atdığı məsələdir. Rusiyada baş verən olayda savadsızlıq məsələsi yoxdur. Bunu hansı qüvvələrsə bilərəkdən və məqsədli şəkildə Azərbaycanımızın adı ilə bağlayırlar. Rusiyanın bütün elektron KİV-ləri “Azərbaycandan olan qatil Orxan Zeynalov….” Ifadəsini işlədir. Bunu bilərəkdən edirlər və məqsəd Azərbaycanın imicinə kölgə salmaqdır.

Rusiya böyük ölkədir və hər gün onlarla, yüzlərlər cinayət hadisəsi, qətllər baş verir. Hər dəfə cinayətkarın mənsub olduğu dövlətin adı xüsusi olaraq vurğulanmalıdır? !Həm də axı, Orxan Zeynalovun cinayətkar olduğunu məhkəmə qərarı olmadan necə söyləmək olar..? Hüquq elmində təqsirsizlik prezumpsiyası anlayışı var. Mən heç bir cinayətkarın bağışlanmasının tərəfdarı deyiləm. Ancaq cinayətkarın da öz hüquqları var, onu döyməyə, təhqir etməyə heç kimin haqqı yoxdur.

Digər tərəfdən cinayət məişət zəminində baş verib. Bu cinayəti dünyaya nümayiş etdirmək, cinayətkarı yaxalamaq üçün az qala bütün hüquq-mühafizə orqanlarını ayağa qaldırmaq, OMON-u səfərbər eləmək, havaya vertolyot qaldırmaq və … axırda cinayətkarı daxili işlər nazirinin kabinetinə aparmaq çox biabırçılıqdır. Heç Ben Ladeni bu formada zərərsizləşdirməmişdilər.

- Rövşən müəllim, bu olayı belə şişirtməkdə məqsəd nə ola bilər?

- Birincisi, Azərbaycanın müstəqil siyasət yeritməsi bəzi ermənipərəst qüvvələrin xoşuna gəlmir. Bunu açıq demək lazımdır. İkincisi, Rusyadakı bəzi qüvvələr problemləri həll edə bilməyəndə tamaşa göstərməyə çalışır. Əslində bu çox köhnə qaydadır: ya çörək, ya da tamaşa…
Bu olayda açıq-aşkar siyasi şou elementləri, tamaşa görükürdü. Ancaq məni sevindirən bu oldu ki, Azərbaycanın müvafiq dövlət qurumları anındaca olayla bağlı öz konkret mövqeyini ortaya qoydu. Bu bir daha onu göstərdi ki, Azərbaycan dövləti ,harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının qarantıdır.

Mən yeri gəlmişkən, fürsətdən istifadə edib bir məsələni qeyd etmək istəyirəm. Bir neçə ay əvvəl Azərbaycan vətəndaşı olan 19 yaşlı cavan oğlan Rusiyada çayda boğulan 3 rus qızını xilas elədi və özü də həlak oldu. Niyə Rusiyanın bir telekanalı bunu göstərmədi? Hətta oğlanın meyidini tapmaq üçün Rusiyanın heç bir hökumət qurumu kömək əli uzatmadı, axırda oğlanın qohumları çox baha qiymətə özəl xilasetmə qurumuna müraciət etdi. Bunu deməkdə məqsədim odur ki, Rusiya KİV-ləri hər şeyə qara eynəkdən baxır. Belə olmaz, axı… Bu həm də mətbuatın “qızıl qayda”larını ayaq altına atmaqdır. Mən buna çox təəssüf edirəm. Və inanıran ki, məhkəmə prosesində haqq-ədalət öz yerini tapacaqdır.
Bolgexeber.com