Hakim məhkəmə zalına daxil olanda Nemət bəy ayağa qalxmadı
29-07-2011, 17:45
Oxunub: 7 670

İyulun 29-da Bakı Apelyasiya Məhkəməsində Nemət Pənahlının və onun dostu Ceyhun Fərzullayevin apelyasiya şikayəti üzrə hazırlıq iclası başlayıb.
Xalq hərəkatının liderlərindən olmuş Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 8-də tutulublar. Onlar silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq və qsdən sağlamlığa az ağır zərər vurmada ittiham ediliblər. İttihamın əsasında vətəndaş Eldəniz Rzayevin şikayəti dayanır. Şikayətə görə, Nemət Pənahlı və Ceyhun Fərzullayev yanvarın 7-də Bakının Mirəli Qaşqay küçəsində Eldəniz Rzayevi döyüb, ona yumruq və metal əşya ilə zərbə endiriblər. İyunun 17-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı Ceyhun Fərzullayevin üzərindən götürülüb. Həmin gün məhkəmə Nemət Pənahlını 6, Ceyhun Fərzullayevi 4 il müddətinə azadlıqdan məhrum edib. Apelyasiya şikayəti məhkəmənin bu hökmündən verilib.
Nemət Pənahlının qardaşı Səməd Pənahlı “Media forum” saytına bildirib ki, hazırlıq iclası başlayan kimi hakim Əflatun Qasımov Nemət Pənahlı barədə protokol bağlayıb: “Hakim məhkəmə zalına gələndə elan olundu ki, hamı ayağa qalxsın. Nemət bəy qalxmadı. Hakim özü bir daha elan etdi ki, ayağa durmaq lazımdır. Lakin Nemət bəy bildirdi ki, hər kəs ədalət məhkəməsi önündə ayağa qalxmalıdır, mütəşəkkil cinayətkar dəstənin qarşısında mən ayağa qalxmıram. Bundan sonra hakim bu hərəkətin protokollaşdırılmasına göstəriş verdi”.
Səməd Pənahlının sözlərinə görə, hazırlıq iclası Ceyhun Fərzullayevin vəkili Elçin Əliyevin gəlməməsi səbəbindən avqustun 4-ü saat 16.00-dək təxirə salınıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər