Azərbaycanda yeni sürücülük vəsiqəsi almaq üçün nə lazımdır?
1-08-2011, 22:20
Oxunub: 9 141
Azərbaycan vətəndaşları sürücülük vəsiqəsini itirdikdə, o, oğurlandıqda və ya etibarlılıq müddəti başa çatdıqda nə etməlidirlər?
Bolgexeber.com-un məlumatına görə, bu barədə məlumatı Day.Az saytına Respublika Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlayıb. Azərbaycan vətəndaşlarına sürücülük vəsiqəsinin 10 il müddətinə verildiyini xatırladan K.Əliyev deyib:
"Bəzən sürücü vəsiqəsini vaxtından tez yeniləməli olur. Məsələn, o, vəsiqəni itirir, vəsiqə oğurlanır, sürücü soyadını dəyişir və sair. Bu zaman vətəndaş ilk növbədə Baş Dövlət Yol Polisi İdarəsinin imtahan-qeydiyyat məntəqəsinə sağlamlıq haqqında tibbi arayış, şəxsiyyət vəsiqəsi və köhnə sürücülük vəsiqəsini təqdim etməlidir. O, bu sənədləri həftənin bazar günü istisna olmaqla, 6 gün ərzində təqdim edə bilər".
K.Əliyevin sözlərinə görə, sürücülük vəsiqəsinin yenilənməsi üçün 15 manat dövlət rüsumu nəzərdə tutulub: "Vəsiqə 1 gün ərzində dəyişdirilir. Azərbaycan qanunvericiliyinə görə, vəsiqə müddəti başa çatdıqdan sonra dəyişdirilə bilər. Amma bunun üçün tələb olunan sənədləri vəsiqənin müddətinin bitiminə bir neçə gün qalmış da təqdim etmək mümkündür".
Müddəti bitmiş vəsiqə ilə avtomobilin idarə olunması vəsiqəsiz sükan arxasına əyləşməyə bərabərdir. Bu zaman sürücü 60 manat məbləğində cərimələnir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər