BolgeXeber.Com » Media » RATİ-nin əməkdaşı Qubada yaralandı

RATİ-nin əməkdaşı Qubada yaralandı

1-03-2012, 18:05
Oxunub: 5 802 Polislər Rəşad Əliyevi döyərək, boynunu əziblər

Qubada baş verən hadisələri işıqlandırmaq üçün rayona ezam olunmuş RATİ-nin əməkdaşı, Obyektiv TV-nin jurnalisti Rəşad Əliyev yaralanıb. Bu barədə Bolgexeber.com-a məlumat verən Rəşad Əliyev deyib ki, o polis əməkdaşları tərəfindən döyülüb.

Məlumatda deyilir ki, R.Əliyev hadisələri lentəə alan zaman polisin qəzəbinə tuş gəlib. Ona dəyənəklərlə zərbələr endirilib. Həmin zərbələr nəticəsində jurnalist boynundan xəsarət alıb və halı pisləşib. Ona tibbi yardım göstərilib, göstərilmədiyi məlum deyil.