Jurnalistlərə qarşı təzyiqlərə son qoyulsun!
14-03-2012, 14:40
Oxunub: 5 498
Fikrət Fəraməzoğlu: “Xədicə İsmayılovaya qarşı edilmiş bu hərəkət cinayətdir”
Bu gün ölkənin informasiya məkanında analoqu olan növbəti biabırçılıq baş verib. Şantaj olunan araşdırmaçı jurnalist Xədicə İsmayılın şəxsi həyatına aid videogörüntülər yayılıb. Bu, jurnalistin şantajın qarşısından geri çəkilməməsinə, şantajçılara boyun əyməməsinə cavabdır.
Şəxsi həyata müdaxilənin ən bariz, cinayətkarcasına nümunəsi olan bu videogörüntüt yayılmasını təşkil edənlər məsələyə "Musavat" brendini də qatıblar. Onlar bu brendi adında daşıyan internet resursu yaradıblar, kadrları da buradan yayıblar.
Bolgexeber.vom xəbər verir ki, "Yeni Müsavat" qəzetinin rəhbərliyi bununla bağlı bəyanat yayıb. Orada deyilir ki, həmin resursun musavat.com-a heç bir dəxli yoxdur. “Biz bu insanların şəxsi həyatına aid görüntüləri yaymaqla onların şantaj edilməsini qətiyyətlə pisləyir, qınayırıq”.
Məsələyə Müsavat Partiyasının rəhbərliyi də reaksiya verib. Müsavat başqanı İsa Qəmbərin mövqeyi belə olub: “Bu, təkcə Xədicə İsmayılova qarşı şantaj deyil. Artıq Müsavata, Müsavat adına qarşı murdar bir təxribatdır. Biz artıq araşdırmalara başlamışıq, Müsavata və Xədicə İsmayılovaya qarşı təxribatı aparan qüvvələrin, mərkəzlərin, şəxslərin kimliyini müəyyənləşdirib onların qanun qarşısında cavab verməsinə çalışacağıq. Bunun üçün hüquqi müstəvidə nə mümkündürsə, hər şeyi edəcəyik. Hesab edirəm ki, bu cür murdar üsullarla rejim nə Xədicə İsmayılovanı öz araşdırmalarından, cəsarətli jurnalist fəaliyyətindən çəkindirə bilməyəcək, nə də Müsavata belə bir ləkə atmağa, Müsavatın adını belə bir murdar, şantaj oyunlarına qatmağa gücü çatmayacaq”.
TİA.AZ-ın baş redaktoru Fikrət Fəraməzoğlu da məsələ ilə bağlı açıqlama verib. O deyib ki, Xədicə İsmayılovaya qarşı törədilmiş bu hərəkət şəxsi həyata kobud müdaxilə və cinayətdir. “Bundan öncə də digər həmkarlarımıza qarşı eyni üsulla şantajdan və cinayət vasitəsindən istifadə edilib. Bu onu göstərir ki, Azərbaycanda tənqidçi və araşdırmaçı mətbuata yer yoxdur və hakimiyyət dairələri hər bir vasitə ilə jurnalistləri susdurmaqdan çəkinmir. Cəzasızlıq sindromu və avtoritar idarəetmənin məntiqi nəticəsi olaraq bu gün Xədicə İsmayılovanın timsalında bütün media mənsubları təzyiq, basqı altında saxlanılır. Bu cür hallara son qoyulmalıdır. Biz bu hərəkətləri kəskin şəkildə qınayırıq. Və belə hallara son qoyulmasını tələb edirik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər