Xədicə İsmayılova prokurorluğa çağırıldı
16-03-2012, 13:55
Oxunub: 5 037
Bu barədə Baş Prokrorurluğun mətbuat xidməti məlumat verib
Bəzi kütləvi informasiya vasitələrində dərc olunduğu, eyni zamanda "Azadlıq Radiosu"nun əməkdaşı Xədicə İsmayılovanın özünün də bildirdiyinə görə, şəxsi həyatının toxunulmazlığı hüququnun pozulması ilə əlaqədar müraciəti üzrə cinayət işi Baş Prokurorluq tərəfindən gec başlanıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Bolgexeber.com-a bildirib ki, İsmayılovanın qeyd edilən müraciəti Baş Prokurorluğa rəsmi olaraq martın 14-də daxil olub və həmin tarixdə baş prokuror tərəfindən xüsusi nəzarətə götürülməklə ərizədə göstərilən xüsusatların araşdırılması barədə konkret tapşırıqlar verilib.
"İsmayılovanın Daxili İşlər Nazirliyinə ünvanladığı eyni məzmunlu müraciəti üzrə martın 15-də nazirlikdən daxil olmuş araşdırma materialları eyni icraatda birləşdirilərək Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə araşdırma aparılmaqla tərəfimizdən məlumat verildiyi kimi toplanmış material üzrə Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə cinayət işi başlanıb", - Sultanıv deyib.
Onun sözlərinə görə, hazırda iş üzrə istintaq Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsində davam etdirilir. İsmayılova dindirilməsi üçün bu gün şəhər prokurorluğuna dəvət olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər