“Gənclər Klubu” jurnalistlə bağlı bəyanat yaydı
9-04-2012, 14:50
Oxunub: 4 967
“Biz Siyavuş Qarayevdən bu israrına son qoymağa və Elmin Bədəlovu akademiyaya bərpa etməyə çağırırıq”
“Gənclər Klubu” İctimai Birliyi jurnalist Elmin Bədəlovun təhsil hüququnun pozulması ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir ki, artıq iki ildən çoxdur ki, jurnalist Elmin Bədəlov təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) rektor Siyavuş Qarayevin 19 yanvar 2010-cu il tarixli əmrinə əsasən tələbələr sırasından xaric edilib.
“Jurnalist ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı mətbuatda dəfələrlə yazı yazıb. Bu yazıların ardınca E.Bədəlov imtahanlardan qərəzli olaraq kəsilib. Jurnalist “ali məktəbdən qovulmasının qanunsuz hesab edilməsi” ilə bağlı yerli məhkəmələrə müraciət etsə də onun təhsil hüququ hələ də bərpa olunmayıb. Artıq yerli məhkəmələr jurnalistin şikayətinə baxmaqdan imtina edir. Gənclər Klubu” İctimai Birliyi olaraq Elmin Bədəlovun hələ də akademiyaya bərpa edilməməsini qanunsuz hesab edir, onun təhsil hüququnun bərpa olunmasını tələb edirik.
Biz bir daha xatırladırıq ki, jurnalist Elmin Bədəlovun yazılarına görə təzyiqə məruz qalması Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə (Hər kəsin fikir və söz azadlığı vardır) və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsinə (İfadə etmək azadlığı) ilə ziddiyyət təşkil edir.
“Gənclər Klubu” İctimai Birliyi Elmin Bədəlovun fikirlərini azad ifadə etdiyinə görə akademiyadan qovulduğunu xatırladır və ADNA rektoru Siyavuş Qarayevdən bu israrına son qoymağa və E.Bədəlovu akademiyaya bərpa etməyə çağırırıq”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər