Döyülən jurnalistlə bağlı bəyanat verildi
18-04-2012, 19:20
Oxunub: 4 951
Təşikat İdrak Abbasovu döyənlərin cəzalandırılmasını tələb edir
"İnsan Haqları Uğrunda" İctimai Birlik Sulutəpə qəsəbəsində qanunsuz tikililərin sökülməsi zamanı jurnalist İdrak Abbasovun Neft Şirkətinin əməkdaşları tərəfindən döyülməsini qətiyyətlə pisləyərək, hakimiyyət nümayəndələrinin hərəkətlərinə etiraz edir. Təşkilatın mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan bəyanatda bildirilir ki, ötən il Azərbaycanın ictimai fikri Nəqliyyat Nazirliyinin qoçularının zorakılığından təngə gələrək bu özbaşınalığa qarşı ciddi etiraz təşkil edə bildi. Hazırda isə neft sənayesi idarəsinin təhlükəsizlik əməkdaşlarının səlahiyyətlərinə daxil olmayan ictimai asayişin bərqərar olunması adı ilə jurnalistin döyülməsi dövlət başçısı cənab İlham Əliyevin çıxışlarında hüquqi dövlət quruculuğuna və Azərbaycanın beynəlxalq öhdəliklərinə sadiqlik barəsində bəyan olunanlarla daban-dabana ziddir.
İctimai Birlik jurnalistə qarşı cinayət törədən şəxslərin müəyyən edilərək cəzalanmasını tələb edir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər