BolgeXeber.Com » Media » Döyülən journalist komadan çıxıb-Video

Döyülən journalist komadan çıxıb-Video

18-04-2012, 23:55
Oxunub: 3 688 Bu gün Binəqədi rayonunun Sulutəpə qəsəbəsində ARDNŞ-in mühafizəçiləri tərəfindən vəhşiliklə döyülmüş və huşsuz vəziyyətdə xəstəxanaya çatdırılmış jurnalist İdrak Abbasov komadan çıxıb.

Bolgexeber.com bildirir ki, bu barədə musavat.com-a SAMA-nın koordinatorları xəbər veriblər. Onlar bir qədər öncə yaralı jurnalistlə görüşüblər və dediklərinə görə, İdrakın vəziyyəti orta ağırdır: "Ayılıb, adamları tanıyır. Həkimlər İdrakla çox adamın görüşməsini istəmirŞ deyirlər ki, onu danışdırmaq, həyacanlandırmaq olmaz. Ona görə də İdrakla görüşə gedənlər həmkarları, yaxınları mümkün qədər onu az danışdırsınlar. Həkim İdraka hazırda sakitliyin çox vacib olduğunu dedi. Beyni silkələnib. Gözünün biri yumuludur. Qaşının üstündən bir neçə tikiş qoyulub".

Hazırda jurnalistin yanında qardaşı qalır. Onu da qeyd edək ki, sabah döyülmüş jurnalistlərlə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.