Media kapitanlarının toplantısı olacaq
19-04-2012, 00:00
Oxunub: 4 652
Toplantı döyülən jurnalistlərlə bağlı olacaq
Ölkənin tanınmış media qurumlarının rəhbərləri sabah bir araya gələrək, bu gün Sulutəpədə döyülmüş jurnalistlərin - İdrak Abbasov və Günay Musayevanın məruz qaldığı hərəkətlərə etirazlarını bildirəcəklər.
Bu barədə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu məlumat verib. R.Arifoğlunun sözlərinə görə, zərərəçəkən Günay Musayevanın çalışdığı "Yeni Müsavat" qəzetinin rəhbəri olaraq o və İdrak Abbasovun işlədiyi "Zerkalo" qəzetinin baş redaktoru Eıçin Şıxlı bu barədə razılığa gəliblər və media kapitanlarına müraciət ediblər.
R.Arifoğlu deyib ki, görüş sabah (aprelin 19-u) saat 13:00-da "Zerkalo" qəzetinin redaksiyasında baş tutacaq və jurnalist kollektivlərinin rəhbərləri jurnalistlərə fiziki xəsarət yetirmiş qoluzorluların cəzalandırılmasını, ümumiyyətlə, bu kimi hallara son qoyulmasını siyasi hakimiyyətdən və hüquq-mühafizə orqanlarından tələb edəcəklər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər