Ramin Deko 3 min manat cərimələndi
29-05-2012, 21:10
Oxunub: 4 773
“Azadlıq” qəzetinin reportyoru Ramin Deko 3 min manat cərimələnib.
Bu barədə məlumatı jurnalistin vəkili Fariz Namazlı verib. Onun sözlərinə görə, Lənkəran rayon məhkəməsi deputat Novruz Aslanovun müraciəti əsasında mayın 17-də qərar çıxarıb: “Lənkəran məhkəməsi bizim iştirakımız olmadan işə baxıb, iddianı qismən təmin edib. Qərarda “Məqalədə yazılan ifadənin həqiqətə uyğun olmaması ilə bağlı Aslanov Novruzəli Davud oğlundan üzr istəyirəm. Ramin Deko” məzmunda təkzib verilməsi və vurulmuş mənəvi zərərə görə 3000 manatın alınaraq Bakı şəhəri Xətai rayonu Binə qəsəbəsi, M. Ə. Sabir küçəsi ev 88 ünvanda yerləşən “Ümüd Yeri” Xeyriyyə cəmiyyətinin hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının 200 manatın Novruzəli Aslanovdan, 89 manatın Ramin Cəbrayılzadədən tutulması müəyyən edilib”.
Vəkil deyir ki, proses olan gün məhkəməyə teleqram vurub: “Biz üzrlü səbəblərdən prosesdə iştirak edə bilmədiyimizi demişdik. Üstəlik məhkəmədən ekspertiza rəyini göndərilməsini xahiş etmişdik. Ancaq məhkəmə bizim prosesi təxirə salma xahişimizə əməl etməyib, tələsik işə baxıb qətnamə çıxarıb və qanunsuz olaraq jurnalisti cərimələyib. Biz bununla bağlı apelyasiya şikayəti verəcəyik”.
Qeyd edək ki, İsmayıllını təmsil edən deputat Novruz Aslan “Azadlıq”ın reportyoru Ramin Dekonu qəzetin 26 oktyabr tarixli sayında müvafiq olaraq “Nazir İvanovkada evləri 80 mindən alır” başlıqlı reportajı heç bir əsası olmayan mənbələrə istinadən yazılmış, işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi güdüldüyünü zənn edərək Lənkəran rayon məhkəməsinə müraciət etmişdi. Deputat mıhkəməyə müraciət etməzdən öncə jurnalistə məlumat verən İvanovka kənd sakinlərinin müsahibəsini və adlarını 10 gün ərzində təqdim olunmasını istəmişdi. Reportyor isə onlarla söhbət edən şəxslərin adlarını deputata təqdim edilməsinin jurnalistika prinsiplərinə zidd olduğunu bildirmişdi.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər