BolgeXeber.Com » Media » Londona gedən idmançılarımız üçün 15 milyon manata yaxın vəsait ayrılıb

Londona gedən idmançılarımız üçün 15 milyon manata yaxın vəsait ayrılıb

18-07-2012, 14:05
Oxunub: 3 816 Doqquz gündən sonra dünya idmanında ən möhtəşəm yarışına starat veriləcək.

Bütün dünyanın diqqəti XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londonda cəmlənəcək.

Azərbaycanda möhtəşəm idman bayramında iştirak edəcək heyətin ilk hissəsi iyul ayının 24-də Londona yola düşəcək. İkinci qrup isə avqustun 4-də Olimpiya oyunlarında iştirak üçün Londona gedəcək. İdmançılarımızın yerləşəcəyi Olimpiya kəndində iyulun 25-də Azərbaycan komandasının salamlanması və Azərbaycan bayrağının qaldırılması mərasimi keçiriləcək.

XXX Olimpiya Oyunlarında ölkəmiz 16 idman növü üzrə 53 idmançı ilə təmsil olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovanın ANS PRESS-ə verdiyi məlumata görə, Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, belə böyük heyətlə olimpiyadaya qatılır.

“Çünki olimpiyadanın belə bir qanaunu var ki, idmanaçıların sayı 50-dən aşağı olanda bu kiçik qrup sayılır”.
Azərbaycan üçün daha bir yenilik XXX Olimpiya Oyunlarında 5 yeni idman növündə təmsil olunmasıdır. Bunlar kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped, idman gimnastikası və qılıncoynatma idman növləridir.

Bundan əlavə Azərbaycanı Londonda 5 hakim təmsil edəcək. Onlardan ikisi güləş, yerdə qalanları boks, gimnastika və ağırlıqdqaldırma üzrədir.

Olimpiya kəndinə gedəcək heyədə idmançılardan əlavə 6 həkim, 29 məşqçi olacaq.
"Artıq Olimpiyada ilə bağlı bütün məsələlər - kostyumlar, akreditasiya, nəqliyyat, idman geyimləri məsələsi həll edilib", - deyə nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, olimpiadaya hazırlıq prosesinin yüksək səviyyədə aparılması üçün dövlət büdcəsindən 14 milyon 785 min manat məqsədli vəsait ayrılıb.

İdmana göstərilən dəstək boşa getməyib. Azərbaycanda Olimpiya idman növlər üzrə qazanılan medalların sayında da dinamaik inkişaf gedib. Belə ki, idmançılarımız beynəlxalq arenada Atlanta olimpiyadası ərəfəsində 71, Sidney ərəfəsində 146, Afina 262, Pekin 467, London olimpiadası ərəfəsində isə 835 medal qazanıblar.

İdmana göstərilən qayğı hər yarışda, çempionatda o cümlədən olimpiada açıq-aydın hiss edilir. Bunu müstəqillik dövründə qazandığımız medalların sayına baxanda da görmək olur. Belə ki, Atlantada 1, Sidneydə 3, Afinada 5 medal qazanan Azərbaycan son Pekin olimpiadasında medalların sayını 7-yə çatdırıb. Londonda isə medalların daha çox olacağına ümid edirik.
Bəs hansı idman növləri üzrə Azərbaycanın medala sevinmək şansı daha çoxdur? Bu sualı ANS PRESS Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya ünvanlayıb. S.Məmmədovanın sözlərinə görə, daim ölkəyə medalla qayıdan, medal qazanmasına ehtimal olunan növlər var: “Məsələn boks, cüdo, taekvando, güləş – bu idman növlərinin təmsilçiləri həmişə ölkəyə medalla qayıdırlar. Bu il Olimpiadaya avarçəkənlərimiz gedir. Onlar həmişə yarışlardan böyük uğurlarla qayıdırlar vətənə. Dünya, Avropa Çempionatlarında son illərdə böyük göstəricilər nümayiş etdirilər. Yüngül atletikadan yaxşı nəticələr gözləmək olar.

Olimpiya oyunları elə bir yarışdır ki, bəzən burada proqnozlar düz gəlməyə bilər. Bəzən qalibiyyətinə tam əmin olduğumuz idmançı əfsusular olsun ki, ümidləri doğrutmur. Nəticə gözləmədiyimiz idmançı bəzən çox böyük uğur bəxş edir. Bəlkə də sürprizlər Olimpiadaya marağı bir qədər də artırır. Ümid edirik ki, idmançılarımız London Olimpiadasında azarkeşlərimizi yalnız xoş sürprizlərlə sevindirəcək.