BolgeXeber.Com » Media » Qardaşı oğlu qətl törədən deputatdan şok açıqlama

Qardaşı oğlu qətl törədən deputatdan şok açıqlama

19-07-2012, 15:50
Oxunub: 3 786 Xəbər verdiyimiz kimi, deputat Hüseynbala Mirələmovun qardaşı oğlu silahlı incident zamanı bir nəfəri qətlə yetirib.

Baş Prokurorluğun yayıdığı məlumata görə, Bakıda “1001 gecə” istirahət mərkəzində silahlı insident törədən şəxs həbs edilib. İyulun 17-də saat 03.00 radələrində Səbail rayonu, Salyan yolu 32 saylı ünvanda fəaliyyət göstərən “1001 gecə” istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı ilə güllə yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və Ramal Bayramovun aldığı xəsarətdən orada dünyasının dəyişib. Səbail rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokuroluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib, 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülüb. Hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tistintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayətdə istifadə edilmiş “Makarov” tipli tapanca hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.
“Bizim Yol”un əməkdaşı qətli törətmiş şəxsin əmisi, deputat Hüseynbala Mirələmovdan hadisə ilə bağlı açıqlama alıb.

Deputat baş vermiş hadisədən şok keçirdiyini bildirib. Hüseynbala Mirələmov baş verənlərlə bağlı əməkdaşımıza bunları deyib: “Mən bu hadisədən sonra hələ də şok içindəyəm… Gecə saat 3 radələrində oğlum Fərid zəng edib mənə dedi ki, Rəşad belə bir hadisə törədib. Mən dərhal hadisə yerinə getdim, amma artıq gec idi – meyit ortalıqda idi.

Hadisəyə qiyməti istintaq verəcək. Amma qardaşım oğlu olsa da, deyim ki, o, “prestupnı mir”in (“cinayət aləmi”nin – red.) qanunları ilə yaşayır. Əvvəllər də iki dəfə məhkum edilib. Ölən də əvvəllər məhkum edilib. Aralarında problem olub. “Razborka” üçün “1001 gecə”ni seçiblər. Bu, başqa bir yer də ola blərdi.
Başqa heç nə deyə bilmərəm. Hadisəyə hüquqi qiyməti istintaq verəcək”.