Cavid Qurbanovun 2 ay əvvəl çəkdiyi yolun indiki hal (FOTOLAR)
9-08-2012, 22:25
Oxunub: 4 382
“Bu adamlar nə vaxta kimi bu gün yol çəkib sabah qazacaqlar və yaxud həmin yolu başa çatdırmamış çökməyə başlayacaq?”
Təhsil Nazirliyinin qarşısındakı küçədə bir neçə ay əvvəl çəkilən yolda çökmə baş verib. “Qafqazinfo” saytının əməkdaşı hadisə baş verən ərazidə olub və çöküntünün fotolarını çəkib. Şəkillərdən də göründüyü kimi çöküntü olduqca təhlükəlidir və hər an miqyası böyüyə bilər. Maraqlıdır ki, bu ərazidə yolun çəkilməsindən heç 2 ay belə keçməyib. Bəs necə olub ki, 2 ay bundan əvvəl açılışı olan yol indi belə aqibətlə üzləşib?
Bəs görəsən “Azəryolservis”ASC-nin sədri Cavid Qurbanov bu çöküntünü necə izah edə bilər?
Bu adamlar nə vaxta kimi bu gün yol çəkib sabah qazacaqlar və yaxud həmin yolu başa çatdırmamış çökməyə başlayacaq?
Bu arada maraqlı bir faktı da qeyd etməyi lazım bildik. Belə ki, yeni çəkilən və hələ başa çatdırılmayan Zabrat yolunda artıq təmir işlərinə başlanılıb. Dünəndən başlayaraq Zabratdan yolunda Balaxanıya dönən işıqforun yaxınlığında bir ay bundan əvvəl çəkilən asfaltın üz qabığını qaşımağa başlayıblar. Buna səbəb açılışı belə baş tutmayan yolda artıq çökəkliklərin əmələ gəlməsidir.



Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər