İcra hakimiyyətlərində gözlənilməz islahatlar
14-08-2012, 16:25
Oxunub: 5 416
Azərbaycanda yerli icra hakimiyyətlərində köklü islahatlar başlayıb.
Publika.Az xəbər verir ki, bütün rayon icra hakimiyyətlərində Elm, Təhsil və Səhiyyə, həmçinin İctimai Təşkilatlarla və Siyasi Partiyalarla İş şöbələri ləğv edilib. Bu iki şöbənin əvəzinə isə İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsi yaradılıb.
Bundan başqa, birbaşa rayon icra hakimiyyətinə tabe olan İnformasiya Təminatı və Təhlili Sektoru da yaradılıb.
Rayon icra hakimiyyətlərindəki Ümumi şöbənin isə adı dəyişdirilib. Bundan sonra ümumi şöbələr Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş şöbəsi adlanacaq.
Adı dəyişdirilən digər şöbə isə Sosial-İqtisadi şöbədir. Bu şöbənin adı dəyişdirilərək Sosial İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması şöbəsi qoyulub. Hər bir rayon şöbəsindən həm də, 1 ekoloq ştatı ixtisar edilib.
Yuxarıda qeyd edilən Elm, Təhsil və Səhiyyə, həmçinin İctimai təşkilatlarla və Siyasi partiyalarla iş şöbələrinin ləğvindən sonra icra hakimiyyətlərində bir neçə ştat vahidi ixtisar olunacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər