BolgeXeber.Com » Media » Zeyqəm Hüseynovdan «orjinal» pul qazanmaq yolu

Zeyqəm Hüseynovdan «orjinal» pul qazanmaq yolu

24-08-2012, 10:30
Oxunub: 5 338 Sumqayıt məhkəməsinin sədri bu dəfə banklarla birlikdə problemli kreditləri «yoluna qoyur»

Ölkədə banklardan kredit götürərək, qaytara bilməyən vətəndaşların əksəriyyəti məhkəməyə verilərək, bu şəkildə aldığı krediti qaytarmağa məcbur edir. Qanunla heç bir pozuntuya yol verilməyən bu prosesdən pul qazanmaq istəyənlər heç də az deyil. Xüsusən də məhkəmə sədrləri.

JAM.AZ-a verilən məlumata görə, Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov bu işdən pul qazanmaq üçün geniş istifadə etməyə çalışır. Çünki Sumqayıtda aldıqları krediti geri qaytara bilməyənlərin sayı çoxdur və onlarla bağlı məhkəmədə də bir xeyli işə baxılır. Məlumatı verən şəxs bildirir ki, banklarla anlaşan Z.Hüseynov onlarla əlbir şəkildə vətəndaşları krediti geri qaytarmağa məcbur edirlər. Məsələn, əvvəlcə problemli kreditin sahibini dəvət edən məhkəmənin sədri onunla danışıb, işi «dinc şəkildə» yoluna qoymağa çalışır.

Əgər krediti alan şəxs onu ödəməyə razılıq verərsə, işə birbaşa şəhər məhkəməsinin icraçıları qoşulurlar. Əks təqdirdə isə hədə-qorxu kampaniyası başlayır. Üstəlik, hər 10 dəqiqədən bir vətəndaşa telefon zəngləri edilir.
Məlumatı verən şəxs bildirir ki, Z.Hüseynov krediti ödəmək istəyən şəxsin işini «yüngülləşdirmək» üçün ona müxtəlif təkliflər verir. Bu təkliflər isə kreditin ödənilməyən hissəsinin həcminə bağlıdır.

Həmçinin burada bankın əlavə faizlərinin çıxılması da təklif kimi səsləndirilir. Halbuki qanunla kreditin ödənilməyən hissəsi geri verilməlidir və bankın əlavə etdiyi faizin ödənilməsi şərt deyil. Amma Sumqayıt Şəhər Məhkəməsinin sədri həmin faizin 20 faizi müqabilində işi «bağlayır».


İşin ən qəribə tərəfi odur ki, pul alveri məsələsinə sədr qarışmır. Bu işə o, özünün ən yaxın adamı olan və məhkəmənin icraçısını cəlb edir. Nəticədə, krediti ödəməyən vətəndaş ya bezdirilir, ya da məcbur edilir ki, həmin pulu versin.

Qeyd edək ki, məsələ ilə bağlı apardığımız araşdırmalar zamanı bir sıra maraqlı məqamlar üzə çıxıb. Yaxın günlərdə onları oxuculara təqdim edəcəyik.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.