BolgeXeber.Com » Media » Kamera önündə dəhşətli qətl - VİDEO

Kamera önündə dəhşətli qətl - VİDEO

25-08-2012, 17:35
Oxunub: 3 158 Nyu-York sakini keçşmiş rəisini küçənin ortasında belə güllələdi

Keçmiş şefini Empayr Steyt Bildinq yaxınlığında günortaçağı güllələyən şəxsin şəkilləri üzə çıxıb, o cümlədən, vurulan şəxsin polisin əllərində can verdiyi şok videosu da.

Kadrlarda 58 yaşlı Cefri Consonun boz kostyumda əlində portfel ilə 41 yaşlı keçmiş rəisi Stiven Erkolinonu güllələdikdən sonra gizlənmək üçün insanlar arasında qaçdığı görülür.

Videoda Consonun polislər tərəfindən vurulması və göydələnin səkisinə üzü üstə düşdüyü gözə dəyir.

Səhər saat 9 radələrində narazı işçi keçmiş iş yerinə qayıdaraq eks-rəisini üç dəfə vurub. Bu an göydələn ətrafında xaos yaranıb və bir neçə yaralanma hadisəsi də baş verib. Xəbərlərdə verilən məlumata əsasən, Conson Erkolino yerə yıxıldıqdan sonra da atəş açmağa davam edib. Bununla belə, tikinti işçisinin qətli görməsi ilə Cefri Consonun planları pozulub. İşçi onu küçə boyunca izləyib və polislərə xəbər verib, hansılar ki, sonradan qatili zərərsizləşdirib. Pik saatının olması səbəbindən oradan keçən 9 nəfər də yaralanıb.

Conson keçən il qovulmamışdan Hazan İmports adlı şirkətdə 6 ildir ki, aksesuar dizayneri işləyirmiş. Conson şirkət başçısı onunla danışmaq üçün firmadan çıxdığında üç dəfə başından 45 kalibrlik əl tapançasından vurub.

Hadisə yerindən qaçarkən qarşısına polislər çıxıb və tapançanı onlara nişanlayıb. Elə bu an da polislər onu güllələyiblər. Atışma zamanı 4 insan vurulub və ümumilikdə 9 insan yaralanıb. 7-si kişi və 2-si qadın olan yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıb, bəziləri əməliyyata alınıb.

“O, polisə vurmağa çalışdı” – deyir Nyu York meri Blumberq.

Mətbuat konfransında komissiya başçısı Rey Kelli və mer Blumberq 9 nəfəri polis atəş açarkən güllənin sıyırdığını və ya dəydiyini deyiblər. Qeyd edək ki, iki polis zabiti 16 dəfə atəş açıb.

Maraqlısı ondadır ki, hadisədən bir neçə dəqiqə əvvəl Nyu York icra başçısı Blumberq bir radio verlişində insanları “küçələrdə silahlı atışmaların çox olması” barədə xəbərdarlıq etmişdi.